Page 278 - design_Topcubashov_Full_Layout 1
P. 278
Əlimərdan bəy Topçubaşov
hökumәt deyil. Әlbәttә, müәyyәn zaman әrzindә bu ordudan
Rusiya hökumәti formalaşa bilәr. Hәlә çox iş görmәk lazımdır.
İndilikdә isә әn böyük nailiyyәt Rusiyanın almanlardan – bu
sırtıq, hәyasız barbarlardan xilas olmasıdır. Özlәrindәn daha
kobud xalq tapmaq mümkün deyil. Bolşevizm dә onların
әmәllәridir. Şәxsi maraqları naminә Rusiyanı xarabazara
çevirdilәr. Allaha şükürlәr olsun ki, Rusiya, nәhayәt ki, özü
üçün hazırlanmış bu tevton әsarәtindәn xilas oldu.
Mәn. Amma belә davam etsә, almanların yerini tutacaq
başqa oxşar qüvvәnin ortaya çıxmayacağı ilә bağlı zәmanәt
haradadır? Axı indiyә qәdәr hamı istisnasız olaraq öz marağını
güdüb vә bundan sonra da güdәcәk.
Sazonov. Sizin sözlәrinizdә hәqiqәt var. Amma heç bir
xalq almanların burada törәtdiklәrinin kiçik bir hissәsini dә
elәmәyә qadir deyil. Hәm dә bütün bu oyunları artıq tamam
uduzduqlarını, hәr şeyin bitdiyini bildiklәri zaman
çıxarmamışdılar. Elә sizin Qafqazı götürün, orada nәlәr
278 etmәyiblәr? Hәr yerdә artıq onları tanıyırlar. Ancaq tәk sizdә
sәfeh gürcülәr özlәrini almanların ağuşuna atıblar, hәmişә
alman tәmayüllü olublar, deyәsәn, hәlә indi dә eyni mövqedә
qalmaqdadırlar.
Mәn. Mәncә, elә deyil. Bilirsinizmi, Qafqaz...
Sazonov (sözümü yarımçıq kәsir). Lütfәn, özünüz deyin,
axı gürcülәr necә dövlәt qura bilәrlәr? Axı onlar dilәnçidirlәr,
heç nәlәri yoxdur.
Mәn. Nә üçün? Marqans mәdәnlәri, meşәlәr vә s.
Sazonov. Aydın mәsәlәdir. Olanları tәk marqansdır.
Bununla da çox uzağa gedә bilmәzsәn.
Mәn. Bilirsinizmi, indi iqtisadi mәsәlәlәr nә qәdәr vacib
olsa da, hәr şey yalnız iqtisadiyyatdan asılı deyil. Qafqaz,
ilk növbәdә isә Zaqafqaziya Rusiyadan ayrılıb. Yәqin,
eşitmisiniz, orada artıq müstәqilliyini elan etmiş üç respublika
– Azәrbaycan, Gürcüstan, Ermәnistan var. Xüsusilә dә tәmsil
etmәk şәrәfinә nail olduğum Azәrbaycanın öz hökumәti,