Page 281 - design_Topcubashov_Full_Layout 1
P. 281

Ә.TOPÇUBAŞOVUN S.D.SAZONOVLA
                    İKİNCİ SÖHBӘTİNİN YAZISI


                               6 yanvar 1919-cu il, saat 21.30–22.30
                                                  Pera Palas hoteli


               Salonda ayrıca masa arxasında Sazonovla Savitski
           әylәşiblәr. Bütün masalar tutulub. Girişdә sağ tәrәfdә küncdә
           (orkestr üçün pianinonu çoxdan oradan götürüblәr), İranın
           xarici işlәr naziri başda olmaqla, bütün fars heyәti oturub.
           Bu gün saat 3–4 radәlәrindә yanında olduğum  Amerika
           nümayәndәsi cәnab Haeck onlara yaxınlaşır. Farslardan bir
           az aralıda ispan elçisi senyor Severti katibi ilә birlikdәdir.
           Bir az kәnarda yunan nümayәndәsi polkovnik Kukakidis
           (hәlә tanış olmamışıq) gözümә dәyir. Masalardan birinin
                                        399
           әtrafına çoxlu rus (Bezobrazov , Sveçkin 400  vә b.) yığışıb.
           Salonda ingilis vә fransız zabitlәri, elәcә dә dәnizçilәr var.  281
           Orada ingilis zabiti formasında tipik moskvalı olan ucaboylu
           Sudkovskini görürәm. (Başı vә sifәti mәnә imperator II Ni -
           ko layı xatırladır.) O, әvvәlcә özü Sәbri Ayvazovla 401  tanış
           olur, sonra Sәbri Ayvazov mәni Sudkovski ilә tanış edir.
           Ardınca Venesuela nümayәndәsi yaxınlaşır (çoxdan tanışıq,
           adını xatırlamıram, keçmiş türk hәrbçisi – yüzbaşıdır), mәni
           Azәrbaycan Respublikasının baş naziri seçilmәyim münasibәti
           ilә tәbrik edir. Bu xәbәri günorta fransız qәzetindә oxuyub.
           Orkestr çalır. Hamı fars missiyasına baxır. Mәn isә bәzәn
           üzәrimdә onların baxışlarını hiss edirәm.
               Ayvazov, Hidayәt bәy, Fuad Paşazadә vә b. ilә bir divana
           әylәşirәm. İndi Sazonov lap yaxınlığımdadır. Mәni başı ilә
           salamlayır, keçib yanında otururam. “Mane olmuram ki?”
           sualıma: “Buyurun, qәtiyyәn!” – cavabını alıram. Söhbәtimiz
           onun hoteldә isti vanna qәbul etmәk imkanının olmaması
           haqda şikayәti ilә başlayır.
   276   277   278   279   280   281   282   283   284   285   286