Page 285 - design_Topcubashov_Full_Layout 1
P. 285
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Ora maarifi kim gәtirib, yolları kim salıb, ticarәti kim inkişaf
etdirib? Axı hәtta özünüz dә Bakının necә böyük sәrvәtә
malik olduğunu bilmirdiniz! Amma indi nә qәdәr milyonçunuz
var, hamınız zәnginsiniz, hәm dә mәhz Rusiyanın sayәsindә!
Rusiya özündә olan hәr şeyi ucqarlara da verib. Hәtta
deyәrdim ki, özündәn kәsib sizә verib. Hesab edirsiniz ki,
bunlar azdır. Nә etmәk olar, daha çoxuna gücümüz çatmayıb.
Bu mәsәlәdә haqlısınız.
Mәn. Yalnız bu mәsәlәdә?
Sazonov (sözümü kәsәrәk). Mәn Rusiyanın yalnız Polşa
qarşısında günahkar olması fikrini qәbul edirәm. Bu ölkә ilә
әdalәtsiz davranmışıq, sәhvin islahı da bizim üzәrimizә
düşür. Mәn hәmişә belә mövqe tutmuşam. Buna görә
vәzifәmlә dә vidalaşmalı olmuşam. Rusiyanın başqa xalqları
qarşısında isә alnımız açıq, üzümüz ağdır. Vә bolşeviklәrdәn
xilas olan kimi ayrılmaq istәyәn xalqlara deyәcәyik ki, hә,
indi buyurun, yanımıza qayıdın. (Bu zaman şәhadәt barmağı
ilә hәmin çağırış işarәsini göstәrir.) 285
Mәn. Hә, nә etmәk olar? Yәqin, yüz il әvvәlki kimi,
yenә kazaklarınızı üstümüzә göndәrәcәksiniz? Biz belә
şeylәrә öyrәncәliyik.
Sazonov (sözümü kәsәrәk). Necә olacağını indidәn deyә
bilmәrik. Lakin Qafqazın Rusiyadan ayrılmasına ilk növbәdә
Müttәfiq dövlәtlәr razılıq vermәzlәr. İnanın ki, onlar bizdәn
әvvәl bunu sizә, gürcülәrә vә ermәnilәrә deyәcәklәr. Bu
mәsәlәdә onların Rusiyanın vә Qafqaz xalqlarının maraqları
ilә üst-üstә düşәn maraqları dediyim şәkildәdir.
Mәn. Siz belә düşünürsünüz?
Sazonov. Mәn inanıram ki, Qafqaz xalqları müstәqil
yaşamağa qadir deyil. Lütfәn, zәhmәt çәkin, izah edin: axı
bu küt qoyunlar – gürcülәr öz dövlәtlәrini necә qura bilәrlәr?
402
403
Onların rәhbәrlәri – cürbәcür Çxeidzelәr , Çxenkelilәr ,
yaxud o alçaq Sereteli 404 yalnız Rusiyanı dağıtmağa kömәk
etmәyi bacarardılar, yeni bir şey qurmaq isә әllәrindәn