Page 277 - design_Topcubashov_Full_Layout 1
P. 277
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
P.N.Milyukovun ağzından çıxan hәr sözü yazır. Bu barәdә
özündә maraqlı mәlumatlar var.
Sazonov. Onun (Milyukovun – Tәrc.) burada nә danışdığını
bilmirәm. Ancaq bilirәm ki, hәqiqi mәnada sözünün yerini
bilmәyәn adamdır. Tәkcә onu demәk kifayәtdir ki, almanların
bütün cәbhәlәrdә mәğlubiyyәti artıq heç kimdә şübhә doğurmayan
vaxt Milyukov almanpәrәst olmağa başladı. Almanlar Marne
döyüşündә 396 darmadağın edilәndәn sonra başa düşdüm ki,
artıq müharibәni uduzublar. Milyukov isә belә sadә şeyi
anlamadı. Bundan sonra daha nә danışmaq olar?
Mәn. Әvvәlcә o, mәsuliyyәtli bәyanatlar vermәkdәn
yaxasını kәnara çәkirdi. Amma hәr keçәn gün danışmaq
baxımından daha sәxavәtli olurdu. Bәzilәrini qәbul edir,
bәzilәrini isә heç yaxına da buraxmırdı. İş bu yerә çatanda
kimi tәmsil elәdiyini özündәn soruşmuşdular. Milyukov da
cavab vermişdi ki, o, sadәcә bir rus insanı kimi danışır. Yeri
gәlmişkәn, mәn “Yujnıy raboçiy” 397 qәzetindә oxudum ki,
Milyukovun rәhbәrlik etdiyi nümayәndә heyәti gedәndәn 277
sonra dövlәt birliklәrinin tәmsilçilәri, Milli mәrkәz vә hansısa
üçüncü tәşkilatdan olan adamların iştirakı ilә iclas keçirilib.
Sol partiyaların (menşeviklәrin) nümayәndәlәrinin dә iştirak
etdiklәri iclasda Yassı müşavirәsini tәşkil edәn komitәnin
buraxılması müzakirә olunub. Komitә Rusiyanın cәnub
әrazilәrinin saxtalaşdırılmış tәmsilçiliyi adlandırılıb vә onun
yeni bir orqanla әvәzlәnmәsi mәsәlәsinә baxılıb. Hәm dә bu
zaman vurğulanıb ki, Avropa, ilk növbәdә isә Müttәfiqlәr
indiyәdәk Rusiyadakı vәziyyәtlә әlaqәdar birtәrәfli mәlumat
verәn, onları yanlış mәcraya yönәldәn burjua-kadet ideoloqları
deyil, birbaşa rus demokratiyası vasitәsi ilә mәlumatlan -
dırıl malıdırlar. Burada Milyukovun Parisә getmәsinin
arzuolunmazlığına aydın işarә edilirdi, heç kәsin onu vәkil
etmәdiyi vә ona sәlahiyyәt vermәdiyi bildirilirdi.
Sazonov. Bu, hәqiqәtәn dә, belәdir. Amma indi kim
kimә sәlahiyyәt verә bilәr? Ortada olan yeganә qüvvә hәlә
398
ki Könüllü Ordudur . Lakin o da hansısa tәşkilat, müәssisә,