Page 276 - design_Topcubashov_Full_Layout 1
P. 276

Ә.TOPÇUBAŞOVUN S.D.SAZONOVLA
                          BİRİNCİ SÖHBӘTİNİN YAZISI


                                            5 yanvar 1919-cu il, saat 19.00
                                                         Pera Palas hoteli


                     Sazonov. Salam. Sizin haqqınızda Vladimir İvanoviç 394
                  çox danışıb. Amma açığını desәm, burada Qafqaz nüma -
                  yәndәsini görәcәyimi gözlәmirdim. Doğrudur, biz uzun
                  müddәt Rusiyanın cәnubunda, sonra da heç nәdәn xәbәrsiz
                  halda Yekaterinodarda oturub-qalmışdıq. Amma yadımdadır
                  ki, Konstantinopoldan qayıdan bir qafqazlı buradakı Qafqaz
                  nümayәndәlәrinin artıq çoxdan geri döndüklәrini demişdi.
                     Mәn. Doğrudur. Burada mәnә qәdәr çeçen, gürcü, ermәni
                  nümayәndәlәri olub. Oktyabrın sonunda hamısı geri qayıdıb.
                  Çünki keçirilmәsi nәzәrdә tutulan konfrans baş tutmayıb. Mәn
         276      dә hәmin konfransda iştirak etmәli idim. İndi burada Azәrbaycan
                  Respublikasının fövqәladә vә sәlahiyyәtli naziriyәm. Rusiya
                  barәdә, demәk olar ki, bütün mәlumatlara malikәm. Ukraynada,
                  Kubanda, Donda nә baş verdiyini bilirәm. Yeniliklәri, әsasәn,
                  Odessa vә Sevastopol qәzetlәrindәn öyrәnirәm.
                     Sazonov. Mәn o qәzetlәri az-az oxuyuram. Heç birinә
                  etibar yoxdur. Әlәlxüsus da yeni qәzetlәrә. Hamısı әdalәtsiz,
                  birtәrәfli yazır. Bir dә indi hәr yerdә dә istәdiyin kimi
                  yazmağa imkan vermirlәr.
                     Savitski. Sergey Dmitriyeviç, “Petit Parisien” 395  qәzetinә
                  baxmısınız? Fransız senzurası lap ağını çıxarıb. Bütöv
                  sәhifәlәri pozurlar.
                     Sazonov. Bәli, görmüşәm. Bax, buradadır. (Masanın
                  üzәrindәki 7 dekabr tarixli “Petit Parisien” qәzetini göstәrir.)
                  Onu siz mәnә vermişdiniz?
                     Savitski. Bәli, Әlimәrdan bәydәn götürmüşdüm.  Yeri
                  gәlmişkәn, o, mәnә deyirdi ki, yerli türk mәtbuatı, az qala,
   271   272   273   274   275   276   277   278   279   280   281