Page 271 - design_Topcubashov_Full_Layout 1
P. 271
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Milyukov. Tәxminәn 500 min nәfәr.
Mәn. Bolşeviklәrin 500 min nәfәrlik ordusu var?
Milyukov. Bәli. Hәm dә yenә tәkrar edirәm: yaxşı
ordudur. Bolşeviklәr sәfәrbәrlik keçirib bütün gәnclәri hәrbi
xidmәtә çağırıblar. Sonra, keçmiş çar ordusunun bütöv
hissәlәri onların әlinin altındadır. Zabitlәrin çoxu, hәtta baş
qәrargah zabitlәri orada xidmәt edir. Hamısına yaxşı maaş
verirlәr. Hәrbi gücün döyüşә әn yararlı vә bacarıqlı hissәsi
isә çinlilәrlә latışlardan ibarәtdir.
Mәn. Bәs onlara qarşı dayananlar haqda nә deyә bilәrsiniz?
Milyukov. Bizim dә qüvvәmiz var. Amma müqayisәdә
götürsәk, azdır. İlk növbәdә Sibirdә Omsk hökumәti 377
deyilәn hökumәti yada salmaq lazımdır. O da sәfәrbәrlik
elan edib vә texniki cәhәtdәn tam savadlı, düşünülmüş
şәkildә 200 min nәfәrlik ordu yaradıb. Son vaxtlara qәdәr
başında general Boldırev 378 dayanırdı. Amma deyәsәn, indi
onu admiral Kolçak 379 әvәz edib.
Mәn. Bәli, elә dünәn buradakı qәzetlәr Kolçak haqda 271
yazmışdılar. Amma doğrusu, mәlumatdan bir şey anlaya
bilmәdim. Hansısa D`Osak hökumәtindәn danışılırdı. Bu,
nә Ozak hökumәtidir? Yaponiyadadır?
Milyukov. Yox, söhbәt mәhz indi Kolçakın olduğu
Omskdan gedir. Sonra, sizә demәliyәm ki, Ukraynanın da
hazır ordusu var.
Mәn. Böyükdür? Onlar necә, bolşeviklәrә qarşı
çıxacaqlarmı? Hazırda, ümumiyyәtlә, Ukraynada vәziyyәt
necәdir? Sakitlikdir?
Milyukov. Ukrayna ordusunun sayı haqda mәlumatım
yoxdur. Ümumәn Rusiyanın cәnubunda sakitlikdir. Amma
hәmin әrazilәr, xüsusәn dә indiki Ukrayna bolşeviklәrin
nәzarәti altındadırmı? Başa düşmәk çәtindir. Oralarda hansısa
xüsusi bir vәziyyәt hökm sürür. Yalnız xarici güc mövcud
şәraiti dәyişә bilәr. Rus mujiki cәnubda artıq alman әsgәrlәrinә
öyrәşib, onu mәğlubedilmәz sayır. Amma әgәr indi Müttәfiq