Page 268 - design_Topcubashov_Full_Layout 1
P. 268
Ә.TOPÇUBAŞOVUN P.N.MİLYUKOVLA 360
SÖHBӘTİNİN YAZISI
7 dekabr 1918-ci il, saat 10.00–10.40
Tokatlıyan hoteli
Qapını döyürәm. Cavab yoxdur. Fransızca danışıq
eşidirәm. Qapı aralanır, içәridә Milyukovu vә “Vakıt” 361
qәzetinin redaktoru Әhmәd Emini 362 görürәm. Әhmәd Emin
mәnimlә tәlәsik salamlaşıb gedir.
Milyukov. A-aa, hörmәt vә ehtiram! Sizi görmәyә çox
şadam. Bәs yazmışdılar ki, sizi Bakıda, ya da Tiflisdә –
dәqiq yadımda deyil – güllәlәyiblәr. Öz aramızdır, mәni dә
artıq bir neçә dәfә dәfn ediblәr. Amma gördüyünüz kimi,
sağ-salamatam. Demәk, bolşeviklәrdәn sizin dә başınız
çәkib.
Mәn (18–22 mart tarixlәrindә Bakıda baş verәn hadisәlәr
268
barәdә qısaca danışandan sonra). Maraqlıdır, bәs siz vә digәr
dostlarımız necә xilas olublar? Bәzi hәmkarlarımızla bağlı
363
mәlumat almaq istәrdim: mәsәlәn, knyaz Urusov , qraf
364
Kotlyarevski , A.D. Protopopov 365 haradadırlar?
Milyukov. Hamısı Moskvadadır. Kişkini 366 bolşevik
hakimiyyәtinin lap başlanğıcında orada tutublar, indi dә
hәbsdәdir. Kizvetter 367 dә öz başısoyuqluğu ucbatından
mәhbus hәyatı keçirir. Çünki kimsәdәn çәkinmәdәn evindә
açıq-aşkar yaşayırdı. O vaxt ziyalıların çoxu gizlәnmişdi,
368
heç indi dә üzә çıxmırlar. Bәzilәri, mәsәlәn, knyaz Lvov ,
369
Quçkov , Şidlovski 370 vә b. Sibirdәdirlәr. Bir qismi özlәri
gedib, digәrlәri isә әlaqә yaratmaq üçün göndәriliblәr.
Bütün çağırış Dövlәt Dumalarının keçmiş üzvlәrinin
böyük әksәriyyәti indi Kiyevdәdir. Orada özümüzü daha
tәhlükәsiz şәraitdә hiss edirik. Son vaxtlar keçmiş nazirlәri -
mizdәn bir neçәsi Yekaterinodara gediblәr. General Denikinlә 371
birlikdә fәaliyyәt göstәrirlәr.