Page 267 - design_Topcubashov_Full_Layout 1
P. 267

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           müdafiә edә bilmәzdilәr, onu qoruyub saxlamağa qadir
           deyildilәr. Belә cәnablara әylәncә mәclislәri, әzilib-büzülәn
           gözәlçәlәr, şәrab lazımdır. Şübhә yox idi ki, artıq Bağdadın
           süqutu ilә hәr şey itirilib.
               Mәn. Amma bunlar hamısı keçmişdә qalıb, indi isә...
               Fars elçisi (sözümü kәsәrәk). Yox, qulaq asın, “Excel -
           lence”. Bu cәnablar öz ölkәlәrini mәhv etdilәr, indi bizim
           mәmlәkәti dә o günә salmaq istәyirdilәr. Bilirsiniz, onlar nә
           iş görürdülәr? Öz әsgәrlәrinin çörәyini, paltarını, ayaqqabısını
           әllәrindәn alırdılar. Kef mәclislәri düzәldir, banklara 100
           milyonlarla pul yatırırdılar, avtomobillәrdә gәzirdilәr, qanlarını
           axıtmağa, vәtәni qorumağa göndәrilәn zavallı әsgәrlәr isә
           aclıqdan, soyuqdan ölürdü, cır-cındır içindә, ayaqyalın
           gәzirdilәr. Mәgәr vәtәnә xidmәt belә olur? Sәhv dalınca
           sәhv, hamısı da bir-birindәn kobud! Tarixdә misli görünmәmiş
           nümunәdir!
               Mәn. Bәli, haqlısınız. Sәhvlәr çox olub.  Amma kim
           sәhv etmir ki? Yenә deyirәm: bunlar hamısı artıq tarixdir.
           Daha yaxşı gәlәcәk üçün bu günümüzә kömәk etmәk lazımdır.   267
           Ürәkdәn arzulayıram ki, İran bu yolu tutsun. İran bizim
           Azәrbaycanın böyük qardaşıdır. Fars mәmlәkәtinә sevgi vә
           rәğbәtimiz güclüdür.
               Fars elçisi. Buna әminәm. İran da sizә münasibәtdә
           eyni hisslәri bölüşür. Öz adımdan әmin edә bilәrәm ki,
           bacardığım hәr işdә faydalı olmağa çalışacağam. Tәbii ki,
           mәn dә ziyarәtinizә gәlәcәyәm. Amma xahiş edirәm, istәdiyiniz
           vaxt çәkinmәdәn, heç bir rәsmiyyәt gözlәmәdәn buyurub
           gәlin. Mәni sevindirәrsiniz. Diqqәtinizә görә çox minnәtdaram.
           (Otaqdan çıxır, bizi vestibülә qәdәr ötürür.)

                               А.М.Топчибашев. Дипломатические
                                 беседы в Стамбуле. 1918–1919 гг.
                                              Баку, 1994, с. 52–55.
   262   263   264   265   266   267   268   269   270   271   272