Page 262 - design_Topcubashov_Full_Layout 1
P. 262
Əlimərdan bəy Topçubaşov
dә bәlli olduğu kimi, çox kәdәrli şәkildә yekunlaşa bilәr.
Ona görә bütün yeni siyasi qurumların birlәşmәsi, ümumi
müstәqilliyimizi vahid qüvvә ilә qoruyub saxlaması vacibdir.
Әks tәqdirdә yenidәn Moskvanın hökmü altına qayıtmalı
olacağıq. Üstәlik, prezident Vilson özü dә bәyan etmişdi ki,
sülh konqresinә yalnız Rusiya hökumәtinin nümayәndәsi
buraxılacaq. Çünki bütün yeni yaranan siyasi vahidlәr heç
kimә bәlli deyil vә tәbii ki, tanınmayacaqlar.
Sukovkin. Mәn Vilsonun belә bir bәyanatı haqda heç nә
eşitmәmişәm.
Tepişev. Bu barәdә harada yazılıb?
Mәn. “Tayms”a 352 istinadla türk qәzetlәrindә (Mustafa
Vәkilov da sözlәrimi tәsdiqlәyir).
Mәn. Әlbәttә, bu tәlәbin yerinә yetirilmәsi, yәni sülh
konfransına yalnız Rusiyanın hansı hökumәtinin tәmsilçisinin
buraxılması hәlә sual altındadır. Lakin, zati-alilәri, icazәnizlә,
diqqәtinizi belә bir mәsәlәnin vacibliyinә yönәltmәk istәyirәm:
sülh konqresinә qәdәr Rusiyadan ayrılan xalqların
262
nümayәndәlәri toplaşmalı, öz aralarında bәlli bir “modus”
(lat.: “üsul”, “vasitә” – Tәrc.) formalaşdırmalı vә konqresә
müstәqilliyimizi “bir nәfәr hamı üçün, hamı bir nәfәr üçün”
prinsipi ilә qorumaq kimi kәskin vә sarsılmaz iradә ilә
getmәlidir. Mәncә, bu addım indi Müttәfiq dövlәtlәrin
nümayәndәlәrini faydasız yerә ziyarәt etmәkdәn daha vacibdir.
Biz müәyyәn bir yerdә, mәsәlәn, Kiyevdә toplaşa bilәrdik.
Sukovkin. Bilirsinizmi, zati-alilәri, Ukrayna Rusiyanın
müxtәlif yerlәrindә federal dövlәtlәrin yaranmasının әleyhinә
çıxmayacaq. Bu, mәsәlәn, Amerika Birlәşmiş Ştatlarındakı
federallaşma kimi dә ola bilәr. Lakin yenidәn әvvәlki vahid
Rusiya dövlәtinin qurulmasına vә mövcudluğuna yol vermәk
olmaz. Bu, mümkün iş deyil. Sizin ideyanıza gәldikdә isә,
onu ürәkdәn alqışlayıram. Mәn Kiyevdәn çıxmazdan әvvәl
orada zemstvo nümayәndәlәri (Moskva quberniya zemstvo
idarәsi, Petroqrad, baron Meller-Zakomelski 353 vә b.) köhnә
Rusiyanın müxtәlif xalqlarının nümayәndәlәrinin fikir