Page 260 - design_Topcubashov_Full_Layout 1
P. 260
Ә.TOPÇUBAŞOVUN UKRAYNA ELÇİSİ
M.A.SUKOVKİNLӘ 349 SÖHBӘTİNİN
YAZISI
15 noyabr 1918-ci il, saat 10.30–11.30
Limana yaxın, Yeni Körpüdәn bir az aralı “Böyük knyaz
Aleksandr Mixayloviç” adlı Ukrayna gәmisi dayanıb. Girişi
türk jandarmları qoruyur. Katib Mustafa Vәkilovla birlikdә
gәmiyә qalxırıq, daş kömürdәn çirklәnmiş göyәrtәdәn keçib
salona (yәqin ki, birinci dәrәcәlidir) daxil oluruq. Ukrayna
elçisi Sukovkin katibi knyaz Tepişevlә 350 birlikdә qonaqları
burada qәbul edir. Cәnab Sukovkin bizimlә fransızca salamlaşıb
divanda yer göstәrir. Mәn rus dilindә cavab verirәm. Bu,
görünür, hәm ona, hәm dә katibinә xoş gәlir.
Sukovkin. A-a, demәli, siz rusca danışırsınız. Çox xoşdur.
Nә vaxtdan buradasınız?
260
Mәn. Bir aydan çoxdur. Mәndәn әvvәl dә burada
Azәrbaycan heyәti olub. Gürcü vә ermәni nümayәndәlәri ilә
birlikdә mübahisәli әrazilәr, sәrhәdlәr vә s. mәsәlәlәrlә bağlı
konfransın keçirilmәsini gözlәyirdilәr. Amma konfrans baş
tutmadı, nümayәndәlәrimiz dә geri qayıtmalı oldular.
Tepişev (görünür, Sukovkinin yanında böyük rolu var).
Siz Türkiyә hökumәti yanında Azәrbaycan sәfirisiniz?
Etimadnamәlәrinizi tәqdim etmisiniz? Sultanla görüşmüsünüz?
Mәn (cәnab Sukovkinә müraciәtlә). Bәli, etimadnamәlәri
tәqdim etmişәm, amma hәlәlik sultanla görüşmәmişәm. Hәm
dә indi vәziyyәt elә dәyişib ki, heç bilmirsәn sabah nә
olacaq.
Sukovkin. Müttәfiq dövlәtlәrin nümayәndәlәrinin yanında
olmusunuz? İndi hәr şey onlardan asılıdır.
Mәn. Yox, hәlә olmamışam. Amma mütlәq görüşәcәyәm.
Mәsәlә buradadır ki, hamı eyni cavab verir: biz hәrbçiyik,
siyasi işlәrlә bağlı hәr hansı danışıq aparmağa sәlahiyyәtimiz