Page 257 - design_Topcubashov_Full_Layout 1
P. 257
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Nazir. Cәnab sәfir, gördüyünüz kimi, indi yalnız yeni
yaranan dövlәtlәrin deyil, ümumiyyәtlә, bütün dövlәtlәrin
taleyi sülh konqresinin qәrarlarından asılıdır. Konqres,
bildiyimә görә, Parisdә keçirilәcәk. Amma hәlә dәqiq vaxtı
mәlum deyil. Lakin ora öz nümayәndә heyәtinizi mәhz indi
göndәrmәlisiniz. Hәmin heyәt әvvәlcә Parisdә çalışmalı,
sonra isә Londona getmәlidir. Nümayәndә heyәti sayca
böyük olmalı, Avropanı tanıyan, siyasәt mәsәlәlәrindәn başı
çıxan, xarici dillәri bilәn adamlardan tәşkil edilmәlidir. Tәbii
ki, heyәt üzvlәrinin siyasi tarix vә beynәlxalq hüquq sahәsindә
dә lazımi bilgilәri olmalıdır. Avropaya yol açılan kimi belә
bir nümayәndә heyәti göndәrmәyә tәlәsmәk lazımdır.
Mәn. İndiki halda, tәәssüf ki, hökumәtimlә xәbәrlәşmәk
imkanından mәhrum olduğumu diqqәtinizә çatdırmaq istәrdim.
Çünki teleqramlarımı Batumdan, yaxud hәr hansı başqa bir
yolla Bakıya çatdırmaq mümkün deyil. Siz böyük nümayәndә
heyәti haqqında danışırsınız. Amma qulluğunuza әrz edim
ki, mәn indi burada tәkәm vә hәlәlik Parisә ancaq özüm 257
gedә bilәrәm. Bundan әlavә, iki hәftә әvvәl bir nәfәr
azәrbaycanlı Fransaya yola düşüb, digәri isә imkan yaranan
kimi getmәyә hazırlaşır. (Әli bәy Hüseynzadә vә Sәlim bәy
Behbudov nәzәrdә tutulur – Tәrc.) Sizdәn çox xahiş edәrdim
ki, Bakı ilә hәr hansı şәkildә әlaqә yaratmaqda mәnә kömәk
edәsiniz.
Nazir. Hәqiqәtәn dә, hazırda Qafqazla bağlantı qurmaq
çox çәtin mәsәlәdir. Gәmilәr getmir, teleqraf düz-әmәlli
işlәmir. İndi özümüzün dә Qafqazdakı adamlarımızdan xәbәr
yoxdur, heç cür әlaqә yarada bilmirik. Sizә tәklif edәrdim
ki, Bakıya xüsusi kuryer göndәrәsiniz. O, Azәrbaycanın
dәrhal Parisә nümayәndә heyәti yollaması ilә bağlı
mәktubunuzu da әlbәәl çatdıra bilәrdi. Özünüzün isә hәlәlik
buradan heç yerә getmәyiniz mәslәhәt deyil. Bakı ilә teleqraf
әlaqәsi yaradılması mәsәlәsindә mümkün yardımla әlaqәdar
müstәşarımla danışmağınızı xahiş edirәm.