Page 258 - design_Topcubashov_Full_Layout 1
P. 258
Əlimərdan bəy Topçubaşov
Mәn. Çox güman, bu il noyabrın 4-dә nazirliyә nota
verdiyim barәdә mәlumatınız var. Notada Antanta ilә
imzalanan barışıq anlaşmasının 11-ci vә 15-ci bәndlәri ilә
bağlı etirazımı ifadә etmişәm. Hәlә o zaman keçmiş xarici
işlәr naziri Nәbi bәyә vә Rәşad Hikmәt bәyә bildirmәk
şәrәfinә nail olmuşdum ki, Türkiyә ilә Azәrbaycan arasındakı
xüsusi münasibәtlәri diqqәtә alaraq mövcud anlaşma ilә
әlaqәdar Türkiyәyә qarşı hәr hansı bir ittiham irәli sürmürük.
Nota özü dә, әslindә, belә ittihama qarşı çevrilib. O, eyni
zamanda Azәrbaycan Respublikasının tam müstәqilliyinin
әn gözәl dәlil-sübutu sayıla bilәr. Burada Müttәfiq dövlәtlәrin
tәlәbi ilә Zaqafqaziya hüdudlarından çıxarılması nәzәrdә
tutulan qoşunların mәsәlәsinә toxunulur.
Әlbәttә, biz türk qoşunlarının çıxarılmasına etiraz edә
bilmәrik. Amma düşünürәm ki, belә bir tәlәb hәtta tәrkibindә
ayrı-ayrı türk zabitlәri olsa da, bizim Azәrbaycan hәrbi
hissәlәrinә aid edilә bilmәz. Çünki dediyim zabitlәr dә indi
258 Azәrbaycan dövlәtinin xidmәtindә sayılırlar.
Nazir. Etirazınızın әhәmiyyәti aydındır. Qoşunların
çıxarılmasına gәldikdә, bunu bizdәn tәlәb edirlәr. Gәrәk
çıxaraq. Eyni tәlәb sizin hәrbi hissәlәrdә xidmәt keçәnlәrә
dә şamil olunur. Lakin onlar artıq tәbәәlik mәnsubiyyәtini
dәyişiblәrsә, bu, öz işlәridir vә belәlәrini çıxarmaq olmaz.
Mәn. Әlahәzrәt baş nazir mәnә Qarabağ haqda danışdı.
Hәm dә, fikrimcә, Qarabağdan yeni bir mәsәlә kimi bәhs
etdi. Amma bildirmәliyәm ki, bu, yeni mәsәlә deyil.
Nazir. Müstәşarımın bu mәsәlә ilә bağlı daha geniş
mәlumatı var. Xahiş edirәm, elә günü bu gün onunla
danışasınız.
Mәn. Baş üstә. Mütlәq görüşüb-danışaram. Eyni zamanda,
icazәnizlә, onunla Antanta nümayәndәlәri ilә әlaqә yaratmaq
mәsәlәsini dә müzakirә edәrәm. Çünki müstәşarınız işlәrә
yaxşı bәlәddir, barışıq anlaşmasının imzalanmasında iştirak
edib. Bu barәdә artıq bir dәfә söhbәtimiz olub.