Page 255 - design_Topcubashov_Full_Layout 1
P. 255
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Mәn. Zati-alilәri, daha izafi zamanınızı almayacağam.
Amma izin verin, mәcbur qaldığım vaxtlarda sizә müraciәt
edә bilim. Eyni zamanda burada Azәrbaycanın yeganә
nümayәndәsi kimi fәaliyyәt göstәrdiyimi, özümün dә
dövlәtimizin maraqları ilә bağlı bütün mәsәlәlәrdә geniş
sәlahiyyәtlәrә malik olduğumu nәzәrә almağınızı xahiş
edirәm. Ona görә zati-alinizin yadına salmaq istәyirәm ki,
xidmәtinizә yaraya bilәcәyim bütün hallarda mәni hüzurunuza
çağırmağa qәtiyyәn tәrәddüd göstәrmәyәsiniz.
Sәdrәzәm. Çox gözәl. Lütfәn, siz harada qalırsınız?
Mәn. Pera Palas hotelindә, zati-alilәri.
Sәdrәzәm. Sizinlә görüşdәn çox mәmnun qaldım. Allahın
mәrhәmәti daim üzәrinizdә olsun! (Hörmәtlә qapıya qәdәr
yola salır.)
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле.1918–1919 гг.
255
Баку, 1994, с. 56–59.