Page 251 - design_Topcubashov_Full_Layout 1
P. 251

Ә.TOPÇUBAŞOVUN SӘDRӘZӘM
            TEVFİK PAŞA İLӘ SÖHBӘTİNİN YAZISI

                              16 noyabr 1918-ci il, saat 13.30–14.30
                                                          Babi-Ali


               Sәdrәzәmin tәyin etdiyi vaxt – saat 14.00 әvәzinә,
           katibimlә birlikdә saat 13.30-da, yәni yarım saat tez gәldim.
           Çünki fars elçisinin yanından çıxandan sonra boş qaldığım
           yarım saatı harada keçirәcәyimi bilmirdim. Qәbul otağının
           qapısında lal xidmәtçi әli ilә içәri keçmәyә dәvәt etdi.
               Qәbul otağında hәlә heç kәs yoxdur. Katiblә vizit kartımı
           göndәrirәm. Bir dәqiqә sonra xәbәr gәtirirlәr ki, sәdrәzәmin
           yanında әncümәnin (şuranın) iclası var vә gözlәmәyimi
           xahiş edir. Deyilәn vaxtdan tez gәldiyimi bildiyimdәn oturub
           gözlәyirәm. Qәbul otağında çox soyuqdur. Odur ki paltolarımızı
           çıxarmırıq. Qapı açılır, әynindә palto, başında fәs olan bir
           nәfәr cavan adam içәri girir. Sonradan onun “Amvralidus”    251
           adlı yunan qәzetinin redaktoru  Yenaki Subras olduğunu
           öyrәnirik.
               Az sonra qapı yenә açılır vә bu dәfә qәbul otağına çiyni
           akselbantlı gәnc vә bığsız ingilis dәniz zabiti daxil olur.
           Mәlum olur ki, Babi-Aliyә mәndәn sonra gәlәn vә sәdrәzәm
           tәrәfindәn dәrhal qәbul edilәn ingilis generalının yavәridir.
           Yavәrin ardınca Babi-Aliyә әvvәlki gәlişlәrimdәn tanıdığım
           mәmur özünü yetirir. İngilis zabitinin yanında oturub hәr
           vasitә ilә ona xidmәt göstәrmәyә çalışır: әvvәl siqaret tәklif
           edir, bununla kifayәtlәnmәyib qәhvә gәtirilmәsini tapşırır.
           Sonra mәnә yaxınlaşır, salamlaşıb bildirir ki, general çıxan
           kimi qәbul növbәsi mәnimdir. Elә bu arada bolqar elçisi
           içәri girir.
               Lal xidmәtçi dilә vurulması mümkün olmayan qәhvә
           gәtirir. İngilis generalının görüşü sona çatır, yavәri qılınc
           qurşamış qәvvasla (polis mәmuru – Tәrc.) birlikdә otaqdan
   246   247   248   249   250   251   252   253   254   255   256