Page 247 - design_Topcubashov_Full_Layout 1
P. 247

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           tәhlükәnin tәhdid etdiyini bilmәmiş deyilsiniz.  Yaranmış
           şәraitdә mümkün olan nә iş varsa, hamısını görmüşük. Eyni
           tәhlükә Azәrbaycanın da başı üstündәn asılıb. Müttәfiqlәrin
           – Antanta dövlәtlәrinin tәlәblәri çox sәrtdir. Amma nә edә
           bilәrik? Onlar qalibdir. Biz mәğlub olmuşuq.
               Mәn. Sizinlә razıyam.  Tәbii ki, ilk növbәdә  Türkiyә
           haqqında düşünmәk lazımdır. Çünki  Türkiyәnin rifah vә
           sәlamәtliyindәn bizim dә rifah vә sәlamәtliyimiz asılıdır.
           Oğulun ata önündәki borcu kimi, bu da bizim  Türkiyә
           qarşısındakı borcumuzdur. Lakin üzәrimә qoyulan vәzifә
           borcu mәndәn hәm dә Azәrbaycanın maraqlarını son dәrәcә
           sayıqlıqla qorumağı tәlәb edir. Sizin imzaladığınız vә bu
           gün qәzetlәrdә çap olunan sülh anlaşmasının maddәlәri mәni
           xeyli pәrişan etdi vә Azәrbaycanın gәlәcәk taleyi ilә bağlı
           hәyәcanlı fikirlәrә saldı. Anlaşmanın 11-ci vә 15-ci maddәlәri
           bizә xüsusәn ağır zәrbә vurub. Sizin  Antanta dövlәtlәri
           nümayәndәlәri ilә danışıqlarınızda iştirak etmәmişik. Amma
           bizdәn xәbәrsiz Azәrbaycanın paytaxtı Bakı vә Zaqafqaziya   247
           dәmir yolu ingilislәrә әrmәğan olunub.
               Rauf bәy (sözümü kәsәrәk). Qәtiyyәn elә deyil! Nә
           Bakını, nә dә Zaqafqaziya dәmir yolunu heç kәsә vermәmişik
           vә verә dә bilmәrik. Çünki buna sadәcә ixtiyarımız çatmır.
           Hәqiqәtәn dә, danışıqlar zamanı  Antanta nümayәndәlәri
           hәmin mәsәlәdә tәkid etdilәr. Lakin bütün vaxtı onlara başa
           salmağa çalışırdıq ki, Bakı vә Zaqafqaziya dәmir yolu bizim
           deyil vә tәbii ki, özümüzә aid olmayanlar barәdә ingilislәrlә
           hәr hansı müzakirә aparmağa haqqımız yoxdur. Cavabında
           bildirdilәr ki, Bakı türk qoşunları tәrәfindәn tutulub,
           Zaqafqaziya dәmir yolunun Azәrbaycan sәrhәdlәri daxilindәki
           hissәsi isә guya bizim әlimizdәdir.
               Mәn. Onlar yanlış mülahizәlәrә әsaslanıb belә şeylәr
           deyә bilәrlәr. Lakin fikrimcә,  Antanta nümayәndәlәri ilә
           danışıqlarınızda müstәqil  Azәrbaycan dövlәtinin paytaxtı
           kimi Bakının adı, ümumiyyәtlә, çәkilmәmәli idi vә çәkilә
   242   243   244   245   246   247   248   249   250   251   252