Page 242 - design_Topcubashov_Full_Layout 1
P. 242
Əlimərdan bəy Topçubaşov
qanun yaratmaq mәqsәdilә hәmin әrazilәrә ordu göndәrmәyә
tam haqqı var. Çünki oradakı sakitlik vә dinclik Andranik 345
kimi avantüristlәrin başçılığı altındakı bandalar tәrәfindәn
pozulur. Amma bu arada sülh konfransına getmәk üçün
İstanbula gәlәn ermәni nümayәndәlәri hәyәcan tәbili çalır
vә köhnә adәtlәri üzrә vәziyyәti hәr yerdә özlәrinә sәrf
elәyәn şәkildә işıqlandırırlar. Hәlәlik hökumәtimdәn bu
mәsәlә ilә әlaqәdar heç bir mәlumat ala bilmәmişәm. Ona
görә öz növbәmdә sizdәn dә xahiş edәrdim ki, Azәrbaycan
hökumәtindәn mövcud şәraitlә bağlı dәqiq mәlumat almayana
qәdәr heç bir addım atmayasınız.
Nazir. Biz mәsәlә ilә bağlı heç bir addım atmamışıq.
Lakin indiki şәraitin tәlәblәrindәn çıxış edәrәk mәslәhәt
görәrdim ki, әhali üzәrinә ordu göndәrmәk kimi mәsәlәlәrdәn
uzaq dayanasınız.
Mәn. Sizә bildirmәliyәm ki, ermәni nümayәndәlәrinin
yaydıqları mәlumata rәğmәn, bu, bizim hәrbi hissәlәrdir vә
242 onlar dövlәtimizә mәxsus olan әrazilәrә göndәrilib. İstәnilәn
halda görüşümüzdәn mәmnunam. İcazә verin, tәzim edim
vә ümumi maraqlarımız naminә Türkiyә hökumәtinin
xidmәtindә dayanmağa hәr an hazır olduğumu bir daha
diqqәtinizә çatdırım.
Nazir. Gәldiyinizә görә minnәtdaram. Әlbәttә, biz hәlә
dәfәlәrlә görüşәcәyik. Lazım gәlәndә isә sizi dә narahat
edәcәyik. Hәlәlik! (Qapıya qәdәr ötürür, әnәnәvi vida sözlәrini
deyәrәk qapını da özü açır.)
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 22–25.