Page 240 - design_Topcubashov_Full_Layout 1
P. 240
Əlimərdan bəy Topçubaşov
Nazir. Mәhz çox yaxşıdır ki, hәlәlik getmәmisiniz. Çünki
indi heç kimә bağlı deyilsiniz. Sәrbәst fәaliyyәt göstәrә
bilәrsiniz. Sizә daha çox qucaq açan dövlәtlә yaxınlaşa
bilәrsiniz. Bizә gәldikdә isә, sәdrәzәmin dә әmin etdiyi
kimi, Azәrbaycana әvvәlki mәhәbbәtlә yanaşacaq vә gücümüz
çatan bütün yardımları göstәrәcәyik. Çünki gәnc dövlәtinizin
tәşkilatlanmasını, möhkәmlәnmәsini vә ayaqda durmasını
istәyirik. Әlbәttә, köklü şәkildә dәyişәn mövcud vәziyyәtimiz,
tәәssüflәr olsun ki, әvvәlki kimi qәtiyyәtlә hәrәkәt etmәyә
imkan vermir. Bir dә tәkrar edirәm: Türkiyә hökumәtinin
xüsusi münasibәtinә әmin ola bilәrsiniz. Lakin yaranmış
şәrait özünüzdәn dә indi daha qәtiyyәtli addımlar, daha
böyük sәylәr tәlәb edir. Tәbii ki, mәsәlәnin bu tәrәfini
özünüz bizdәn yaxşı bilirsiniz.
Mәn. Bәli, haqlısınız. Yeni kabinetin heç bir mәsәlәdә
Azәrbaycana münasibәtinin dәyişmәmәsinin özü bizim üçün
böyük tәsәllidir. Demәli, yenә әvvәlki kimi buradan istәdiyimiz
240 kömәk vә yardımı ala bilәcәyik. Bizdәn ötrü әn vacib mәsәlә
hәrbi hissәlәrimizin zәruri silah vә geyim tәchizatıdır.
Nazir. Hәrbi mәsәlә indi әn yaralı yerimizdir. Çünki heç
şübhә yoxdur ki, Müttәfiq dövlәtlәr qoşunlarımızı Azәrbaycandan
çıxarmaq mәsәlәsindә tәkid edәcәklәr. Bu tәlәbi sizә dә bәlli
olan sәbәblәrә görә yerinә yetirmәli olacağıq. Lakin rütbәsindәn
asılı olmayaraq, hәr bir şәxs istәdiyi tәqdirdә sizin orduda
qalıb xidmәtini davam etdirә bilәr. Verdiyimiz hәr şey sizә
qalacaq. Digәr işlәrdә dә lazım olan halda kömәk edәcәyik.
Necә çәtin günlәr keçirdiyimizi siz dә yaxşı görürsünüz.
Bütün güc vә diqqәtimiz sülh müqavilәsinin bağlanması ilә
әlaqәdar qarşımızda kәskin vә qәti şәkildә qoyulan tәlәblәrә
yönәlib. Amma ümid etmәk istәrdim ki, bu olduqca gәrgin
vәziyyәt çox sürmәyәcәk vә sizinlә daha sakit şәraitdә әl-әlә
verib işlәmәk imkanımız yaranacaq.
Mәn. Öz növbәmdә mәn dә ümid etmәk istәrdim ki,
hәmin zaman çox da uzaqda deyil. Düzünü desәm, indi