Page 236 - design_Topcubashov_Full_Layout 1
P. 236
Əlimərdan bəy Topçubaşov
verir... Dünәn elә vәziyyәtdә idik ki, özümüzü qismәn yaxşı
hiss edә bilirdik. Bu gün isә... mәğlub durumdayıq. Ümumi
maraqlarımızı qorumaq üçün gәrәk birlikdә çalışaq. Heç
kәsә sirr deyil ki, sizin Azәrbaycanı sevirik. İndiyә qәdәr
onun uğrunda bacardığımızı elәmişik.
Mәn. Zati-alilәri, icazә verin, sizi әmin edim ki, bütün
azәrbaycanlıların ürәyi ölkәmizә etdiyi yaxşılıqlara görә
Türkiyә hökumәtinә minnәtdarlıq hisslәri ilә doludur.
Müstәqilliyimizә vә rus әsarәtindәn nicat tapdığımıza görә
dә bir çox cәhәtdәn böyük qardaşımıza – Türkiyәyә borclu
olduğumuzu әsla unutmuruq. İndiyә qәdәr bir dövlәt kimi
Azәrbaycanın Türkiyәdәn gördüyü xeyirxah diqqәt mәnә
rәhbәrlik etdiyiniz yeni hökumәt kabinetinin timsalında
hәmin münasibәtin bundan sonra da dәyişmәz qalacağını
düşünmәk cәsarәti verir. Yәqin ki, әvvәllәr olduğu kimi,
indi dә, gәlәcәkdә dә hökumәtimiz müxtәlif sahәlәrdә bunca
ehtiyac duyduğu yardım üçün yenә sizlәrә arxalana bilәr.
236 İzzәt paşa. Tәbii, tәbii! Böyük qardaş hәmişә әlindәki
bütün imkanlarla kiçik qardaşına kömәk edәcәk, kömәk
etmәlidir... Lakin özünüz yaxşı görürsünüz ki, şәrait necә
dәyişib. Bizim müttәfiqlәrin dә vәziyyәti kәskin şәkildә
pislәşib. Söz sahibi indi biz yox, prezident Vilson vә onun
tәrәfdarlarıdır. Ona görә dә indi bacardığımız qәdәr
maraqlarımızın qorunmasına hazırlaşmaq lazımdır. Vә bu
işi birlikdә görmәliyik. Çox güman ki, tezliklә vәziyyәt
aydınlaşacaq. Siz burada olun, şәrait tәlәb elәyәndә birlikdә
hәrәkәt edәcәyik.
Mәn. Elә mәn dә sizi narahat etmәyә özümdә ona görә
cәsarәt tapdım ki, hәmişә xidmәtinizә hazır olduğumu deyim.
İmkan yarananda hәm Azәrbaycan, hәm dә Türkiyә üçün
bacardığım qәdәr faydalı olmaq istәdiyimi diqqәtinizә
çatdırım. Çünki Azәrbaycanın gәlәcәyi Türkiyәnin rifah vә
qüdrәtindәn asılıdır. Bizim müstәqil Azәrbaycan dövlәti
Türkiyәnin sayәsindә әrsәyә gәlib vә yenә onun sayәsindә