Page 232 - design_Topcubashov_Full_Layout 1
P. 232

Əlimərdan bəy Topçubaşov


                  dә bacarıq etibarilә sanballı ordu qurmaq olar. Lakin silah-
                  sursatımız, hәrbi geyim, ordu üçün zәruri olan digәr
                  müxәllәfatımız çatmır. Sizin diqqәtli münasibәtiniz sayәsindә
                  indi bunlardan bәzilәrini әldә edә bilmişik. Hәtta ağır
                  artilleriyamız da var. Amma yenә dә kifayәt deyil. Ona görә
                  ümid edirik ki, bütün hәrbi hissәlәrimiz – hәm artıq mövcud
                  olanlar, hәm gәlәcәkdә qurulanlar bizdә çatışmayan hәr
                  şeylә tәchiz edilәcәk. Hәrbi sursat hazırlanması üçün çoxlu
                  mütәxәssisә ehtiyacımız var.
                     Әnvәr paşa. İndi, artıq Bakı mәsәlәsi öz hәllini tapandan
                  sonra bu işlәr asandır. Lakin ordumuzun bәzi hissәlәri Bakı
                  cәbhәsindәn geri qaytarılacaq. İki diviziyadan biri.  Yeri
                  gәlmişkәn, müsәlmanlar Bakıda çoxmu әziyyәtә qatlaşıblar?
                  Deyәsәn, siz özünüz dә bolşeviklәrdәn az çәkmәmisiniz.
                     (Mәn Bakı haqda mәlumat verirәm, bolşeviklәrin, xüsusәn
                  dә heç kәsin gözlәmәdiyi halda bolşevikә çevrilәn ermәnilәrin
                  törәtdiklәri әmәllәrdәn danışıram, onların әlindәn güclә
         232      qaçıb qurtardığımı deyirәm.)
                     Әnvәr paşa (xüsusәn şәxsi xarakter daşıyan mәlumatlarıma
                  tәbәssümlә qulaq asaraq). Demәli, Bakıda zәngin adamlar
                  Rusiyanın hәqiqi dәhşәt yaşanan başqa şәhәrlәrindә olduğu
                  kimi böyük zәrәr görmәyiblәr. Әn әlamәtdar hal isә neft
                  mәdәnlәrinin vә zavodların salamat qalmasıdır. İndi çoxlarının,
                  xüsusәn dә qonşularınızın 343  gözü hәmin mәdәn vә zavodlara
                  dikilib. Dәmir yollarının işlәmәmәsi yanacağın başqa yerlәrә
                  çox yavaş çatdırılmasına sәbәb olur.  Azәrbaycan dәmir
                  yolları nә vәziyyәtdәdir?
                     Mәn. Yollarımız nisbәtәn pis işlәmir. Mazut ehtiyatımız
                  var, lakin parovoz vә vaqonlarımız çox azdır. Düşünmәk
                  olar ki, indәn sonra Bakıda onların sayı daha da artacaq.
                  Tәbii ki, qonşularımızı da yanacaqla tәmin edәcәyik. Çünki
                  hamı ilә dinc şәraitdә yaşamaq vә dövlәtimizin qurulması
                  işinә başlamaq istәyirik. Amma tәәssüf ki, bizi istәmәyәn
                  çoxdur, lap çoxdur. Daha dәqiq desәm, qonşularımız da,
   227   228   229   230   231   232   233   234   235   236   237