Page 230 - design_Topcubashov_Full_Layout 1
P. 230
Ә.TOPÇUBAŞOVUN HӘRBİ NAZİR
ӘNVӘR PAŞA 340 İLӘ SÖHBӘTİNİN
YAZISI
3 oktyabr 1918-ci il, saat 12.50
Qapının ağzındakı arakәsmәnin yanında görüşmәk üçün
uzadılmış әli vә xoş tәbәssümü ilә qarşıladı. Özümü tәqdim
etmәk, ad vә soyadımı tam şәkildә demәk istәdim. Lakin
Әnvәr paşa: “Bilirәm, bilirәm”, – deyә sözümü kәsdi. Mәni
kresloda oturtdu, özü dә yanımda әylәşdi. Sifәtindәn әskik
olmayan tәbәssümlә: “Xoş gәlmisiniz. İstanbul necәdir,
bәyәndinizmi?” – dedi.
Sәmimi qәbuldan tәsirlәnib tәşәkkürümü bildirir vә ilk
növbәdә Qafqaz İslam Ordusunun komandanı, dәrin hörmәt
bәslәdiyimiz Nuru paşanın 341 salamını çatdırmağa izin
230 istәyirәm. Nuru paşa ilә görüşdüyümüz zaman sağ-salamat
olduğunu vә iki arzu ilә yaşadığını – özünün qurduğu
Azәrbaycan hәrbi hissәlәrinin mümkün qәdәr tez bir zamanda
hәrbi geyim vә silahla tәmin edilmәsi, habelә Bakını düşmәn
әsarәtindәn qurtarması haqda fikirlәşdiyini bildirirәm. Әnvәr
paşaya salam göndәrәrkәn Nuru paşanın Gәncәdә lәtif su,
dadlı üzüm vә alma olduğunu dediyini sözlәrimә әlavә edir
vә imkan tapdığı tәqdirdә bizim tәrәflәrә tәşrif gәtirmәsini
xahiş edirәm.
Әnvәr paşa. Çox tәşәkkür edirәm. Dünәn atamız Gәncәyә
yola düşüb. Mәni hәr şeydәn çox sevindirәn isә Azәrbaycanın
belә böyük sevgi ilә yanaşdığı qardaşımın komandası altındakı
ordunuzun uğurlarıdır. Siz onu görmüsünüz. Camaatın
münasibәti necәdir? Eşitdiyimә görә, әyalәtlәrә çıxıb.
Mәn. Ölkәmizin әhalisi Nuru paşanın Azәrbaycanda
necә bir ordu qurduğunun canlı şahidi olduğundan ona
böyük hörmәt vә mәhәbbәt bәslәyir. Mәn yola düşmәzdәn