Page 225 - design_Topcubashov_Full_Layout 1
P. 225

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           sәrhәdlәr vә s. mәsәlәlәrlә bağlı aranızdakı mübahisәlәrin
           hәllini özünüz tapmalısınız.
               Fikrimcә, dediyim mәsәlәlәrin nizama salınması hәr üç
           xalqın buradakı tәmsilçilәrinin әsas vәzifәsi olmalıdır. Әlbәttә,
           danışıqlar zamanı 5–6 sәrhәd kәndi ilә bağlı mübahisәlәrdә
           güzәştә getmәk lazım gәlәcәk. Çünki yalnız bu yolla yeni
           dövlәtlәrinizi qurmağa nail ola bilәrsiniz. Yalnız bu şәrtlәr
           daxilindә Qafqaz xalqlarının nümayәndәlәri ilә әl-әlә verib
           sülh konqresinә 337  birgә gedә bilәrik. Qafqazda müstәqil
           Azәrbaycan dövlәti görmәklә bağlı çoxdankı arzumuzu
           gerçәyә çevirmәk üçün bu mәsәlәdә sizә dәstәk vermәyә
           çalışacağıq.
               Mәn. Paşa hәzrәtlәri! Qafqazda müstәqil  Azәrbaycan
           dövlәtinin mövcudluğunu görmәk niyyәti ilә bağlı sizin
           simanızda böyük müttәfiqimiz vә himayәçimiz  Tükiyәyә
           ürәkdәn gәlәn minnәtdarlığımı bildirmәk üçün söz tapa
           bilmirәm. Bizim bütün gәlәcәyimiz müstәqilliyә köklәnib.
           Azәrbaycan türklәrinin olum, ya ölüm seçimi, hәyatda qalıb  225
           yaşaması, yaxud dünyadan yox olub getmәsi yalnız müstәqillik
           mәsәlәsinin hәllinә bağlıdır.
               Türk bahadırların – әsgәrlәrin dövlәtimizin paytaxtı
           Bakının azad edilmәsi uğrunda apardıqları qәhrәmancasına,
           qalibiyyәtlә başa çatan bu mübarizә xalqımıza böyük ümidlәr
           verir vә qәti olaraq inandırır ki,  Azәrbaycan dövlәtinin
           müstәqil mövcudluğunu tәmin edәcәyik. Bu mәnada artıq
           kiminsә bizi tanımasına xüsusi ehtiyac duymadan sakit
           yaşaya bilәrik.
               Tәlәt paşa. Siz türkcә gözәl danışırsınız.
               Mәn. Axı özüm dә türkәm. Azәrbaycan müsәlmanları
           özlәrini türk sayırlar. Ümid edirik ki, millәtimizin adı ilә
           bağlı seçimimiz dә tam etiraf olunacaq. Siz  Azәrbaycan
           türklәrini öz qonşuları – gürcülәr vә ermәnilәrlә sülh vә
           dinclik şәraitindә yaşamağa çağırırsınız. Dövlәtimizin
           yarandığı ilk gündәn  Türkiyә siyasәti ilә hәmahәng
           addımlamağı özümüzә borc saymışıq. Dediyiniz mәsәlәdә
   220   221   222   223   224   225   226   227   228   229   230