Page 221 - design_Topcubashov_Full_Layout 1
P. 221
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
günlәrdә İstanbul “publisistlәr”i vәtәni tәhdid edәn tәhlükәni
yerli-dibli unudaraq xalqa xilas yolu göstәrә bilәcәk birlik
әvәzinә, bir-birlәrini dәstәlәrә vә parçalara bölmәyә,
әleyhdarlarının ittihadçılarla bağlılığı haqda fakt vә dәlil
axtarmağa qurşanmışdılar. Hәtta bir çox yüksәk mәnsәb
sahiblәri dә uca kürsülәrdәn dilә gәlәrәk “köhnәlәr” әleyhinә
ittihamlar irәli sürmәyә başladılar. Ümumi kәdәrin hәr tәrәfә
öz qanadlarını gәrmәli olduğu bu günlәrdә yalnız özünә, öz
keçmişinә tüpürmәyә, öz bәdbәxt xalqını alçaltmağa, qaysaq
bağlamış yaraların közünü qoparıb çirkini axıtmağa, şәxsi
incikliklәr zәminindә köhnә haqq-hesabları çürütmәyә qadir
olan qüvvәlәr meydan suladı.
Faciәli vәziyyәtin belә anlaşılmazlıqla qarşılanması uzun
müddәt davam etdi. Görünür, zahirәn artıq ittihadçıların axırına
çıxdıqlarını düşündüklәrindәn indi bir az sakitlәşiblәr. Yalnız
bәzi anlarda insanlar sanki vәziyyәti bütün fәciliyi ilә başa
düşürdülәr, daldıqları yuxudan oyanmaq üçün beyinlәrdә bir
işıqlanma, aydınlanma gedirdi. Belә anlardan biri barışıq 221
anlaşması şәrtlәrinin mәtbuata bәlli olduğu 2 noyabr günü idi.
Şәrtlәrin ölkә üçün ağırlığı, sәrtliyi ağlagәlmәz ölçüdә idi. Vә
hәmin gün qәzetlәr sanki öncәdәn bir-birlәri ilә razılığa
gәliblәrmiş kimi, hamısı bir sәslә doğma xalqın taleyinә
ağlayırdılar. “İqdam” 334 qәzetinin yandırıcı göz yaşları içәrisindәn
tapıb sәrlövhәyә çıxardığı “Vae victis!” (lat.: “Vay mәğlubların
halına!”) kәlamı günün şüarı sayıla bilәrdi.
Noyabrın 1-dә Xәlil bәy Xasmәmmәdov yola düşdü.
Hәm sәfәr әrәfәsindә, hәm dә yolqabağı xeyli söhbәt etdik.
Әhval-ruhiyyәmiz, aydın mәsәlәdir ki, son dәrәcә kәdәrli
idi. Mәn ondan ya geri çağırılmağımı sürәtlәndirmәyi, ya da
sülh konqresinә getmәyim üçün zәruri mandat göndәrilmәsini
xahiş etdim.
Nәhayәt, noyabrın 3-dә Türkiyә ilә Antanta arasında
bağlanmış anlaşmanın rәsmi mәtni dәrc edildi. Anlaşmanın
11–15-ci bәndlәri bizimlә әlaqәdardır: