Page 218 - design_Topcubashov_Full_Layout 1
P. 218
Əlimərdan bəy Topçubaşov
mәqsәdlә orada Rauf bәy başda olmaqla xüsusi komissiya
yaradılmışdı. Son dәrәcә hüsn-tәvәccöh doğuran vә işini
yaxşı bilәn bir nәfәr – әvvәllәr xarici işlәr nazirinin müavini
olmuş vә indi dә hәmin vәzifәni tutan (müstәşar) Rәşad
Hikmәt bәy dә adını çәkdiyim komissiyanın tәrkibinә daxil
idi.
İzzәt paşa kabinetinin yarandığı gün – oktyabrın 13-dә
Almaniyanın prezident Vilsonun tәkliflәri ilә (onun 14
maddәsini) razılaşdığı xәbәri yayıldı. O zaman Türkiyә
hökumәti dәrhal prezident Vilsona teleqram göndәrib
Türkiyәnin dә hәmin tәkliflәri qәbul etmәyә hazır olduğunu
bildirdi.
Oktyabrın 14-ü vә 15-i teleqrama cavab gözlәnilmәsi ilә
bağlı ağır vә gәrgin intizar içәrisindә keçdi. Çünki şayiә
(sonradan onun tәxribat olduğu aşkara çıxdı) yayılmışdı ki,
prezident Vilson vә ümumiyyәtlә, Antanta “öz әhalisini
1
mәhv edәn” Türkiyә ilә heç bir barışıq müqavilәsi imzalamaq
218 istәmirlәr. Bu ölkәnin әrazisini әlә keçirmәk, sonra isә
Türkiyәni bir dövlәt kimi mәhv etmәk, yer üzündәn silmәk
niyyәtindәdirlәr.
Oktyabrın 16-da prezident Vilsondan cavab gәldi. ABŞ-
dan alınan cavabda Rauf bәyin komissiyasının vasitәçiliyi
әsasında Türkiyә ilә barışıq anlaşması işlәnib-hazırlanması
üçün razılıq bildirildi. Oktyabrın 16-dan noyabrın 3-nә, yәni
tәrәflәr arasında barışıq şәrtlәrinin razılaşdırıldığı rәsmәn
elan olunan günә qәdәr isә vaxt ağır vә gәrgin gözlәnti
içәrisindә keçdi. Ümid çox az idi. Daha pisini gözlәyirdilәr.
Müharibәnin dayandırılması ilә bağlı xәbәrә münasibәtdә
isә heç kim mәmnunluğunu gizlәtmәk istәmirdi.
Lakin tezliklә bu mәsәlәdә dә ümidsizliyә qapılmağa
әsas yarandı. Çünki artıq oktyabrın 18-dә müttәfiqlәrin
aeroplanları Konstantinopol sәmasında hücuma keçdilәr.
1 Burada qondarma ermәni soyqırımı nәzәrdә tutulur. (Tәrc.)