Page 213 - design_Topcubashov_Full_Layout 1
P. 213

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           heç nә edә bilmirsәn. Fövqәladә vә sәlahiyyәtli nazir,
           “noblesse oblige” (fr.: “aristokratik görünüş”) vә s.
               Bütün gözlәntilәrә rәğmәn hәr şey öz qiymәtindә qalır,
           hәlә, bәlkә, bir az da artır. Çünki yeni heç bir şey gәtirilmir.
           Qaloş 10–12 lirә, çәtir 14–18 lirә, qış paltosu 180–220
           lirәyәdir. Faytonla yalnız bir tәrәfә gediş 3–4 lirә tutur.
           Mәnim belә xәrclәrim çoxdur vә getdikcә dә artır. Şәxsi
           katibdәn әlavә, indi türk nazirliklәrinin daxili qayda-qanunlarını
           vә fransız dilini yaxşı bilәn mütәxәssis, habelә türkcәyә
           yazılı tәrcümәçi dәvәt etmişәm. Mehmandarım isә artıq
           yoxdur.
               Әgәr tәsәvvür edә bilsәydiniz, nә qәdәr düşünüb-daşınır,
           nә qәdәr götür-qoy edirәm, hәyatda nә qәdәr puça çıxmış
           arzu vә ümidlәrin ağırlığını çiyinlәrimdә daşıyıram. Әgәr
           bütün bunları, bir anlıq da olsa, tәsәvvürünüzә gәtirә
           bilsәydiniz, o zaman nә Siz, nә dә başqaları indiki vәziyyәtimә
           әsla hәsәd aparmazdınız.
               Bununla mәktubumu bitirirәm. Hamıya salam göndәrirәm.
           Xәlil bәyә vә xanımına mәnim adımdan tәzim edin. Yәqin      213
           ki, Siz ondan göndәrdiyim mәktub vә ayrıca zәrfdә müxtәlif
           türk nazirlәri ilә söhbәtlәrimin yazısını almısınız. Bir daha
           xahiş edirәm, bütün mәktublarım kimi, bu yazıları da saxlayın
           vә imkan olanda özümә qaytarın. İndi heç nә göndәrә
           bilmirәm, çünki surәtlәrini çıxarmağa imkan yoxdur.
               Әn xoş arzularımı çatdırıram. Salamat qalın. Ümidvaram
           ki, ailәm yaşayış üçün zәruri olan vәsaitlә tәmin edilir.


                                                    Sizә hörmәtlә,
                                                    Ә.Topçubaşov


                 Азербайджанская Республика. Внешняя политика.
                           Документы и материалы. 1918–1920 гг.
                                              Баку, 1998, с. 38–41.
   208   209   210   211   212   213   214   215   216   217   218