Page 214 - design_Topcubashov_Full_Layout 1
P. 214
Ә.TOPÇUBAŞOVUN
FӘTӘLİ XAN XOYSKİYӘ
MӘKTUBU
15 noyabr 1918-ci il
İstanbul
Son günlәr baş verәn mühüm әhәmiyyәtli hadisәlәr
Türkiyәnin siyasi vәziyyәtini kökündәn dәyişdirib. Almaniya
istisna olunmaqla, vaxtilә birgә döyüşәn vә sıradan çıxarılan
müttәfiqlәrin hamısı Antanta dövlәtlәrinin diktә etdiklәri ağır
şәrtlәrlә razılaşmağa mәcbur olub, eyni taleni paylaşıblar.
Barışıq müqavilәsinә әsasәn, Türkiyә aşağıdakı şәrtlәrin
yerinә yetirilmәsini öz üzәrinә götürüb: 1) Zaqafqaziya dәmir
yolunu Antantanın ixtiyarına vә nәzarәtinә vermәk;
2) Antantanın tәlәbinә әsasәn bütün türk qoşunlarını buradan
çıxarmaq.
214
Bu iki tәlәblә bağlı noyabrın 4-dә Xarici İşlәr Nazirliyinә
yazılı etirazımı tәqdim etdim. Eyni zamanda yazılı şәkildә
Azәrbaycana türk diplomatik nümayәndәsi tәyin olunması
mәsәlәsini sürәtlәndirmәyi xahiş etdim. Antanta dövlәtlәrinin
tәmsilçilәri gәlәndә onlara da eyni mәzmunda etiraz bildirilәcәk.
Әlaqәdar dövlәtlәrin tәmsilçilәri ilә müzakirәlәrdәn ötrü
xüsusi kuryer vasitәsi ilә dәrhal әvvәlki mәzmunda, Azәrbaycan
Respublikası ilә bağlı bütün mәsәlәlәr әtrafında danışıqlar
aparmaq üçün tәcili mandat göndәrin. Noyabrın 12-dә
Almaniya da Müttәfiq dövlәtlәrlә barışıq sazişi imzalamışdır.
Fövqәladә vә sәlahiyyәtli nazir
Ә.Topçubaşov
Азербайджанская Республика. Внешняя политика.
Документы и материалы. 1918–1920 гг.
Баку, 1998, с. 101.