Page 215 - design_Topcubashov_Full_Layout 1
P. 215

Ә.TOPÇUBAŞOVUN
                      FӘTӘLİ XAN XOYSKİYӘ
                               MӘKTUBU


                                               16 dekabr 1918-ci il
                                                    Konstantinopol


               Sizin adınıza Mәhәmmәd Әmin Rәsulzadә (22 oktyabr
           1918-ci il) vә Xәlil bәy Xasmәmmәdov (1 noyabr 1918-ci
           il) vasitәsi ilә göndәrdiyim mәktublarda hәm buradakı
           mövcud vәziyyәt, hәm dә özümün 1918-ci il noyabrın 1-nә
           qәdәr gördüyüm işlәr barәsindә әtraflı yazmışdım.
               Noyabrın 1-dәn etibarәn baş verәn ümumdünya vә sırf
           Türkiyә әhәmiyyәtli işlәr siyasi hәyatın sonrakı gedişini köklü
           surәtdә dәyişib. Hәm dә elә başgicәllәndirici sürәtlә dәyişib
           ki, onlardan sәrbәst şәkildә vә obyektiv surәtdә baş çıxarmağa
           hәr hansı bir imkan qalmayıb. Heç olmazsa, bu gedişatın     215
           aparıcı xәtt vә istiqamәtlәrini göz önündә tutmaq üçün mәnim
           bura gәlişimә – yәni noyabrın 1-nә qәdәr baş verәn hadisәlәri
           icmal şәklindә nәzәrdәn keçirmәk zәruridir. Konstantinopola
           1918-ci il sentyabrın 28-dә çatdım. Artıq sentyabrın 30-dan
           başlayaraq müharibәnin gedişinin antantaçıların xeyrinә kәskin
           şәkildә dәyişmәsi ilә bağlı hәyәcanlı xәbәrlәr almağa başladım.
           Oktyabrın 1-dә Bolqarıstanın davranışı qәti şәkildә meydana
           çıxdı. Bolqarıstan müharibәdәn çıxdığını bildirdi vә bununla
           da, orta dövlәtlәrin mövqeyini kәskin şәkildә zәiflәtdi, Türkiyәni
           isә son dәrәcә ağır duruma salmış oldu.
               Ertәsi gün, oktyabrın 2-dә sәdrәzәm Tәlәt paşa vә xarici
           işlәr naziri Әhmәd Nәsimi bәyin yanında oldum. Oktyabrın
           3-dә isә hәrbi nazir Әnvәr paşa, habelә Azәrbaycan, Ermәnistan
           vә Gürcüstan arasında sәrhәd mәsәlәlәrini tәnzimlәmәk üçün
           yaradılmış komissiyanın sәdri, әdliyyә naziri Xәlil bәylә
           görüşdüm.
   210   211   212   213   214   215   216   217   218   219   220