Page 220 - design_Topcubashov_Full_Layout 1
P. 220

Əlimərdan bəy Topçubaşov


                  hәr kәs yalnız iki sual üzәrindә baş sındırırdı: 1. Şәrtlәr necә
                  olacaq? 2. Keçmiş ittihadçı nazirlәrdәn kim hara qaçıb, kim
                  hakimiyyәtdәn necә sui-istifadә edib, kim dövlәt xәzinәsindәn
                  nә qәdәr çırpışdırıb? Hәm dә, doğrusu, adamlar bu zaman
                  barışıq şәrtlәrindәn daha çox, sualın ikinci hissәsindәki
                  mәsәlәlәrlә maraqlanırdılar. Üstәlik, qәzetlәr nә qәdәr sәy
                  göstәrsәlәr dә, barışıqla bağlı aparılan danışıqların gedişi
                  haqda heç bir mәlumat әldә edә bilmirdilәr. İstәr türk
                  hakimiyyәt tәmsilçilәri, istәrsә dә Antanta nümayәndәlәri
                  hәr şeyi tam mәxfi saxlayırdılar. Ona görә dә hamı sadәcә
                  müxtәlif ehtimallar yürütmәklә kifayәtlәnirdi. Yalnız oktyabrın
                  29-da barışıq anlaşmasının çox ağır şәrtlәr altında imzalanması
                  xәbәri yayıldı. Lakin mәhz hansı şәrtlәrlә – mәtlәb yenә dә
                  kimsәyә mәlum deyildi.
                     Elә bu әrәfәdә, yәni oktyabrın 27-dә alman qoşunlarının
                  Konstantinopoldan çıxarılması başlandı. Bu isә almanların
                  getmәsinin barışıq şәrtlәrinә daxil olması nәticәsi çıxarmağa
         220      vә Türkiyә paytaxtını müttәfiq ordularının tutacağı ehtimalını
                  irәli sürmәyә әsas yaratdı. Hәmin gündәn etibarәn bir-
                  birindәn nәhs xәbәrlәr yayılmaqdadır vә tәәssüf ki, onların
                  bir hissәsinin  Azәrbaycana da aidiyyәti var. Lakin mәn
                  hәmin xәbәrlәri nә tәsdiq, nә dә inkar edә bilirdim. Çünki
                  heç bir mәlumata malik deyildim. Hәr gün qәzetlәr bir-
                  birindәn bәdbin ehtimallar irәli sürür, bir-birindәn ziyanlı
                  layihәlәr haqda söz açırdılar. Lakin bütün bunlar hamısı
                  çәkingәn tәrzdә edilirdi. Qorxu vә yarınmaq hissi ilә uzaqdan-
                  uzağa Antanta dövlәtlәrinә tәrәf boylanırdılar.
                     Amma bunun müqabilindә qәzetlәr “köhnәlәr”ә
                  münasibәtdә öz әnәnәlәrinә sadiq qalmışdılar, çox cәsarәtli
                  vә sözә sәxavәtli idilәr. Bir neçә gün әrzindә dünәnki
                  kumirlәrin – hәm dә yalnız ölkәdәn qovulanların deyil,
                  burada qalan hәmkarlarının, yoldaşlarının, tәsadüfi tanışlarının
                  әleyhinә yaramaz fikirlәrin, sözlәrin, epitetlәrin çirkab dolu
                  bütün leksikonundan bol-bol istifadә olundu. Bu әlәmli
   215   216   217   218   219   220   221   222   223   224   225