Page 224 - design_Topcubashov_Full_Layout 1
P. 224

Əlimərdan bəy Topçubaşov


                  saxladığına görә yaranıb. Digәr tәrәfdәn, sizin müsәlmanların
                  şiә, bizim sünni olmağımızı yada saldı. Sәfirin sonuncu
                  iddiasının müqabilindә belә cavab verdim: “Baxın, mәn
                  türkәm, hәm dә şiәyәm.
                     Mәn. Paşa hәzrәtlәri, әla cavab vermisiniz. İcazә verin
                  әlavә edim ki, әgәr sizinlә birlikdә cәnab İoffenin görüşünә
                  getmәk zövqü mәnә nәsib olsaydı, öz növbәmdә deyәrdim:
                  “Baxın, mәn Qafqaz müsәlmanıyam, hәm dә sünniyәm
                  (baxmayaraq ki, valideynlәrim şiә olublar). Bunlar hamısı
                  keçmiş Rusiyanın oyunlarıdır. Rus dövlәt adamları ara
                  qarışdırmaq mәqsәdilә müxtәlif millәtlәr arasındakı dini vә
                  milli әdavәti hәr vasitә ilә qızışdırırdılar. Hәmin mәkrli
                  oyunlardan әn çox zәrәr çәkәn isә biz müsәlmanlar olmuşuq.
                  Rus bolşevizminә müәyyәn qәdәr bәlәd olduğumdan cәsarәt
                  edәrәk sizi inandırmaq istәyirәm ki, indiki Rusiya hökumәti
                  dә müsәlmanlara münasibәtdә düşmәn mövqedә dayanır.
                  Onlar bir gecәnin içindә bolşevikә çevrilәn ermәni daşnakları 336
                  kimi qatı millәtçi-şovinistlәrin kömәyi sayәsindә Bakıda
         224
                  törәtdiklәri vәhşiliklәri ilә dә bunu sübuta yetirdilәr. Belә
                  qeyri-tәbii ittifaq ona gәtirib çıxardı ki, bolşeviklәr
                  müsәlmanlara qarşı mübarizә apararkәn ermәnilәr dә
                  müharibәdә uğradıqları milli mәğlubiyyәtin heyfini Bakıdan
                  çıxmaq üçün fürsәtdәn yararlandılar.
                     Tәlәt paşa. Bәli, indiki müharibә çox bәlalara sәbәb
                  oldu, ortaya çoxlu problemlәr çıxardı. Biz uğurlu nәticәlәrә
                  böyük ümid bәslәyirdik, amma indi, xüsusәn dә son günlәrin
                  hadisәlәrindәn dә gördüyünüz kimi, ümidlәrimizin cüzi
                  hissәsi özünü doğrultdu. Amma heç şübhәsiz, bir arzumuz
                  çin oldu – bu da çar Rusiyasının süqutudur. Rusiyanın
                  çökmәsi türklәrә, doğrudan da, qazancdır. Bu hadisәnin hәm
                  bizim, hәm dә sizin – keçmiş Rusiyanın bütün xalqları,
                  xüsusәn dә Qafqaz üçün yaxşı nәticәlәri olmalıdır. Bu tarixi
                  qazancdan uğurla yararlanmaqdan ötәri siz, hәmçinin dә
                  gürcülәr vә ermәnilәr var qüvvәnizi sәrf etmәlisiniz, bütün
                  ağıl vә bacarığınızı dinc yanaşı yaşamaq yolunda qoymalısınız,
   219   220   221   222   223   224   225   226   227   228   229