Page 228 - design_Topcubashov_Full_Layout 1
P. 228

Əlimərdan bəy Topçubaşov


                  İndi bütün ziyalılarımız, ictimai xadimlәrimiz xalqın inamını
                  doğrultmaq üçün vәtәnin mәnafeyi naminә gecә-gündüz
                  çalışıb-vuruşmaq şövqü ilә alışıb-yanırlar. Eyni zamanda
                  Türkiyәnin etibarını doğrultmaq barәdә düşünürük. Çünki
                  şübhә etmirik ki, yalnız Türkiyәnin himayәsi altında müstәqil
                  Azәrbaycan dövlәti qurulub möhkәmlәnә bilәr. Gücümüzün
                  çatıb-çatmayacağı ilә bağlı sualınıza gәldikdә isә, izninizlә,
                  deyә bilәrәm ki, fәaliyyәtә qabil gücümüz var – az-çox
                  tәcrübәli hüquqşünas, mühәndis, publisist, hәkim, ümumiyyәtlә,
                  siyasi xadimlәrimiz yetişib. Onların arasından Dövlәt Dumasına,
                  Zaqafqaziya Seyminә  339  seçilәnlәr olub. Әlbәttә, dövlәt
                  idarәçiliyindә tәcrübәmiz hәlәlik azdır. Çünki rus hökumәti
                  müsәlmanları idarәçilik mәsәlәlәrinә yaxın buraxmırdı. Tarix
                  boyu Rusiyanın tәcrübәsindә elә bir nümunә yoxdur ki,
                  müsәlman nazir demirәm, hәtta mütәsәrrif (burada “qәza
                  rәisi” mәnasında – Tәrc.) vәzifәsinә tәyin olunsun. Amma
                  baxın,  Türkiyәdә nә qәdәr ermәni vә başqa xalqların
                  nümayәndәlәri nazir vәzifәsi tutub.
         228         İstәnilәn halda, hansısa bir sahәdә lazımi adamlarımız
                  çatışmasa, tәbii ki, ilk növbәdә sizә – böyük Türkiyәyә üz
                  tutacağıq. Artıq hәrbi vә maliyyә xarakterli mәsәlәlәrdә bu
                  tәcrübәdәn yararlanmışıq.
                     Nazir. Әsla şübhәniz olmasın ki, Türkiyә hökumәti hәr
                  zaman yardımınıza hazırdır. İndi ordunuz qurulur, maliyyә
                  tәminatının tәşkili ilә bağlı tәdbirlәr görülür. Qarşıda sizi
                  gürcülәr vә ermәnilәrlә sәrhәdlәrin müәyyәnlәşdirilmәsi işi
                  gözlәyir. Bu baxımdan gәrәk öz aranızda sәrhәd mübahisәlәrinә
                  son qoyasınız. Bu isә tәbii ki, qonşularınızla dostluq
                  münasibәtlәrinә yol açacaq. Belә münasibәtlәr bütün Qafqaz
                  xalqlarının dincliyi vә rifahı baxımından olduqca vacibdir.
                  Sülh konqresinә hazırlaşmaq üçün dediyim işә mümkün
                  qәdәr tez başlamanız lazımdır. Azәrbaycanlıların, ermәni vә
                  gürcülәrin nümayәndәlәri ora vahid, ümumi niyyәtlә
                  getmәlidirlәr. Xüsusilә indi, nәzәrdә tutulan konfederasiya
                  ilә bağlı ümidlәrin doğrulmadığı, vәziyyәtin bir qәdәr başqa
                  sәciyyә aldığı zamanda buna böyük ehtiyac var.
   223   224   225   226   227   228   229   230   231   232   233