Page 229 - design_Topcubashov_Full_Layout 1
P. 229
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Mәn. Cәnab nazir, qonşularımızla hәr cür әlbir, dostcasına
fәaliyyәtә can atırıq. Bu hәm onların, hәm dә bizim
mövcudluğumuzun zәruri şәrtidir. Lakin qorxuruq ki,
ermәnilәrlә dil tapmaq mümkün olmasın. Çünki istәdiklәrini
başqalarının – indiki halda bizim hesabımıza tәmin etmәk
baxımından onların iştahası hәddәn artıq böyükdür. Dünyanın
bütün mühüm paytaxtlarında maraqlarımız әleyhinә hәrәkәtә
keçiblәr. Bizi dövlәt hәyatına qabil olmayan, başqa xalqlarla
dinc şәraitdә yaşamağı bacarmayan toplum kimi qәlәmә
verirlәr. Ona görә mühüm Avropa mәrkәzlәrindә
nümayәndәlәrimizin fәaliyyәtә başlaması bizdәn ötrü çox
vacibdir.
Nazir. Qonşularla bağlı dediklәrinizin mәğzini başa
düşürәm. Lakin dinc yanaşı yaşayış indi hәm onlar, hәm dә
sizin üçün mövcudluğun mühüm şәrtidir. Berlin vә Vyanada
nümayәndә kimi tәmsilçiliyinizә gәldikdә isә, mәncә, bu da
gerçәklәşdirilmәsi zәruri addımdır. Toxunduğunuz mövzuda
İstanbuldakı nümayәndә heyәtinizlә dә danışdım. Hesab
229
edirәm ki, çox düzgün fikirdir. Çünki xaricdә qaldığınız
müddәtdә daim Azәrbaycanı yada salacaqsınız, bunun işә
böyük faydası olar. Mәn belә düşünürәm. Amma tәbii ki,
yenә mәslәhәtlәşmәk lazımdır. Yәqin, hәlә dәfәlәrlә
görüşәcәyik. İcazә verin, danışdığımız mәsәlә ilә bağlı sizi
bir az sonra yenә narahat edim.
Mәn. Nә zaman lazım bilsәniz. Artıq sәdrәzәmin dә
diqqәtinә çatdırmaq şәrәfinә nail olmuşam ki, Vyana vә
Berlin sәfәrimi Türkiyә siyasәtinin istiqamәti ilә uzlaşdırmağı
özümә borc bilirәm. Bu, eyni zamanda hökumәtimin dә
istәyidir.
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 12–14.