Page 226 - design_Topcubashov_Full_Layout 1
P. 226

Əlimərdan bəy Topçubaşov


                  dә, tәbii ki, çağırışınıza әmәl edәcәyik. Üstәlik, ermәnilәr
                  vә gürcülәrlә qurduğumuz qarşılıqlı münasibәtlәrdә dә hәmin
                  prinsiplәr әsas götürülür. Lakin xeyirxah niyyәtә çatmağın
                  çox böyük çәtinliklәrlә bağlılığını da açıq etiraf etmәliyәm.
                  Çünki gürcülәrlә ümumi dil tapmağı bacarsaq da, ermәnilәrlә
                  eyni işi görmәk olduqca çәtindir. Mәsәlә bundadır ki,
                  insanlarımız ermәni qonşuların sәmimiyyәtinә inamı artıq
                  çoxdan itiriblәr. Sözümün hәqiqiliyinә bir daha әmin olmaq
                  üçün onların indiki davranışına diqqәt yetirmәk kifayәtdir.
                  İnanın ki, dünyada nә qәdәr dövlәt varsa, ermәnilәrdә dә o
                  qәdәr tәmayül mövcuddur. Onlar İstanbulda sizi mәhәbbәt
                  vә sәdaqәtlәrinә inandırır, Berlindә almanları! Ona görә
                  hökumәtimiz mәni fövqәladә vә sәlahiyyәtli nazir kimi
                  Avstriya-Macarıstan vә Almaniya paytaxtlarına göndәrmәyi
                  dә vacib sayıb. Tәbii ki, üzәrimә qoyulan missiyanın yerinә
                  yetirilmәsinә Türkiyә hökumәtinin, ilk növbәdә isә sәdrәzәm
                  kimi sizin razılığınız vә xәbәriniz olmadan başlamayacağam.
                     Tәlәt paşa. Sizә çox minnәtdaram. Lakin istәnilәn halda
         226
                  qonşularla daxili mübahisәlәrә son qoymaq arzuedilәndir.
                  Ermәnilәrә biz dә bәlәdik. Onlarla razılığa gәlmәk olar,
                  әlbәttә, hәr halda inam hüduduna qәdәr. Әgәr öz aranızda
                  dil tapa bilmәsәniz, o zaman bizi vә almanları hәkәm sifәti
                  ilә dәvәt edәrsiniz.
                     Sizin Berlinә sәfәrinizә gәldikdә isә, indi buna xüsusi
                  ehtiyac olduğunu düşünmürәm. İstәnilәn halda bir dә
                  fikirlәşmәk lazımdır. Tәbii, sizinlә yenә görüşәcәyik. Yәqin
                  ki, xarici işlәr nazirini dә ziyarәt etmәli olacaqsınız. Çünki
                  gәlişinizdәn xәbәrdardır. Görüşünә elә bu gün dә gedә
                  bilәrsiniz.
                     “Adieu!” (fr.: “Hәlәlik!”) Xarici işlәr nazirinin yanına
                  buradan keçmәk olar.

                                      А.М.Топчибашев. Дипломатические
                                        беседы в Стамбуле. 1918–1919 гг.
                                                      Баку, 1994, с. 8–11.
   221   222   223   224   225   226   227   228   229   230   231