Page 227 - design_Topcubashov_Full_Layout 1
P. 227
Ә.TOPÇUBAŞOVUN XARİCİ İŞLӘR
NAZİRİ ӘHMӘD NӘSİMİ BӘYLӘ 338
SÖHBӘTİNİN YAZISI
2 oktyabr 1918-ci il, saat 12.15
Kabinetinin qapısında çox xoş tәbәssümlә qarşıladı.
Mәn. İcazә verin, özümü tәqdim etmәk şәrәfinә nail
olum: Azәrbaycan hökumәtinin üzvü Әlimәrdan bәy Topçubaşov.
Hökumәtimizin qәrarına әsasәn, fövqәladә vә sәlahiyyәtli
nazir kimi, Azәrbaycanın maraqları ilә bağlı bütün mәsәlәlәr
әtrafında tam sәlahiyyәtlә müzakirәlәr aparmaq üçün İstanbula,
Vyanaya, Berlinә, habelә Gürcüstan vә Ermәnistan paytaxtlarına
göndәrilmişәm. İndi Azәrbaycan hökumәtinin müvafiq mandatını
Sizә tәqdim etmәk şәrәfinә dә nail olacağam. Eyni zamanda
mövcud protokol qaydalarını pozduğuma, әvvәldәn bәlli bir
vaxt tәyin edilmәsi ilә bağlı razılıq almadan ziyarәtinizә 227
gәldiyimә görә üzr istәmәyi özümә borc bilirәm. Lakin belә
etmәyә mәcbur idim. Çünki cәnab sәdrәzәmin tapşırığı idi.
Az öncә onunla görüşmәk şәrәfinә nail oldum, iltifat göstәrib
Sizi ziyarәt etmәyimi buyurdu.
Nazir. Mandatınızı tәqdim etmәyә tәlәsmәyin. Sizinlә
yenә bir araya gәlәcәyik. Gәlişinizә çox şadam. Özüm dә
görüşmәk istәyirdim. Sәdrәzәm haqqınızda danışdı. Ümidvaram,
yoldan sonra bir az dincәlmisiniz, sәfәr zamanı, әlәlxüsus da
bolşevik әsirliyindә keçirdiyiniz çәtinliklәrdәn sonra özünüzә
gәlmisiniz. İndi ümid etmәk olar ki, sizdәn – azәrbaycanlılardan
ötrü daha yaxşı günlәr yaxınlaşır vә dövlәtinizin qurulması
ilә mәşğul ola bilәrsiniz. Türkiyә Azәrbaycanı sabit vә güclü
ölkә kimi görmәk istәrdi. Bildiyimiz qәdәr, bu işlәrin
öhdәsindәn gәlmәyә gücünüz çatar, elә deyilmi?
Mәn. İlk öncә xidmәtinizә әrz etmәk istәrdim ki,
yaşadığımız indiki çәtin zamanda әvvәllәr başımıza gәlәnlәr
nә qәdәr ağır olsa da, onlar barәdә düşünmәyә lüzum qalmır.