Page 223 - design_Topcubashov_Full_Layout 1
P. 223

Ә.TOPÇUBAŞOVUN SӘDRӘZӘM
             TӘLӘT PAŞA İLӘ SÖHBӘTİNİN YAZISI

               Yazı masasının yanında ayaq üstdә, başını aşağı salmış
           halda qarşıladı. Özümü tәqdim edәndәn sonra gülümsәmәyә
           çalışaraq adımın sonunda hansısa әlavәnin dә olduğunu yada
           saldı. Mәn bildirәndә ki, Rusiyada mövcud әnәnәyә görә
           Topçubaşov soyadını daşıyıram,  Tәlәt paşa soyadımı
           tәkrarlayıb: “Evet, evet, Topçubaşov”, – deyә mәni qiyabi
           tanıdığını, müsәlman xadimlәrindәn biri kimi haqqımda
           müәyyәn mәlumata malik olduğunu, adımı tez-tez, hәm dә
           daha çox Rusiyadan gәlәn siyasilәrdәn eşitdiyini dedi. “Sizi,
           deyәsәn, Rusiyada çox narahat edirlәr. Bu axır vaxtlarda da
           bolşeviklәr. Amma nә etmәk olar? Siyasәtçi üçün qaçılmaz
           vәziyyәtdir. Mәn dә 27 ay hәbsxanada oturmuşam”.
               Batumda gәmi gözlәyәrkәn çox lәngimәyimdәn
           tәәssüflәndiyimi vә bu vәziyyәtin sәdrәzәm Berlinә gedәnә
           qәdәr mәni onunla görüşmәk imkanından mәhrum etdiyinә       223
           görә heyifsilәndiyimi bildirdim. Bәlkә dә, Berlinә birlikdә
           getmәyimizin ümumi işә faydası ola bilәcәyini dedim.
           Cavabında Tәlәt paşa bildirdi ki, o, Berlindә hәm Azәrbaycan,
           hәm dә Türkiyә adından danışıb vә fikrincә, mümkün olan
           hәr şeyi edib.
               Tәlәt paşa. Siz, yәqin ki, iki gün әvvәl sәfәrimin nәticәlәri
           barәdә mәlumat verdiyim Azәrbaycan heyәtinin üzvlәri ilә
           görüşmüsünüz. Bir daha tәkrar edirәm ki, indiki mәqamda
           nә Avstriya-Macarıstan, nә dә Almaniya Azәrbaycan dövlәtinin
           müstәqilliyini tanımaq istәyirlәr. Hazırkı rus hökumәti dә
           eyni fikirdәdir. Bu hökumәt Berlindәki sәfiri İoffe 335  vasitәsilә
           belә bir iddia irәli sürürdü ki, Qafqazdakı müsәlmanlar
           yalnız Türkiyәnin tәzyiqi ilә müstәqil dövlәtdә birlәşdiklәrini
           elan edirlәr. Әgәr biz, yәni türklәr olmasaydıq, onlar yenә
           dә әvvәlki kimi Rusiyaya meyillәnmәkdә davam edәrdilәr.
           Hәm dә İoffenin dediyinә görә, belә vәziyyәt Qafqazda
           bәylәrin vә zәngin tәbәqәnin kәndlilәri daim zülm altında
   218   219   220   221   222   223   224   225   226   227   228