Page 219 - design_Topcubashov_Full_Layout 1
P. 219

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Eyni hadisә oktyabrın 25-dә dә tәkrarlandı. Hәr iki halda
           evlәr dağıdıldı, dinc sakinlәr öldürüldü. Hәm dә ikinci
           hücumda qәtlә yetirilәnlәrin sayı 60 nәfәrdәn çox idi,
           әksәriyyәti dә türk deyildi.
               Oktyabrın 19-da köhnә siyasi xadimlәrdәn biri ilә görüşüb
           uzun-uzadı söhbәt edә bildim (söhbәt yazısının surәti Sizә
           göndәrilib). Hәmin ünsiyyәtdәn sonra mәndә dәrhal geri
           qayıtmaqla bağlı fikir yarandı. Yeri gәlmişkәn, nümayәndә
           heyәtimizin üzvlәri dә artıq yola düşmәyә hazırlaşırdılar.
           Lakin әvvәlcә ilk növbәdә Berlin vә Vyanaya baş çәkmәk
           şәrti ilә xaricә, neytral ölkәlәrdәn birinә getmәk niyyәti dә
           mövcud idi. Digәr tәrәfdәn, Türkiyәdәki mövcud vәziyyәti
           bu vә ya digәr dәrәcәdә araşdırmadan, әlәlxüsus da yeni
           tәmayülün Azәrbaycana münasibәtini müәyyәnlәşdirmәdәn
           bu qәrarlardan hәr hansı birini (xaricә getmәk, yaxud geri
           qayıtmaq) qәbul etmәk mümkün deyildi. Üstәlik,
           hökumәtimizdәn heç bir xәbәr alınmadığından burada
           ölkәmizin hәqiqi vәziyyәti ilә bağlı müxtәlif şayiәlәr      219
           dolaşmaqda idi. Әn mühüm mәsәlә dәyişәn şәraitdә Türkiyәnin
           bizә münasibәti idi. Bu mәsәlә mәnim yeni türk nazirlәri ilә
           söhbәtlәrimin әsas mövzusuna çevrildi. Oktyabrın 21-dә
           yeni sәdrәzәm İzzәt paşa, oktyabrın 27-dә isә yeni xarici
           işlәr naziri Nәbi bәylә hәmin mövzuda söhbәt apardım
           (söhbәtlәrin yazısının surәti Sizә göndәrilib).
               Hәr iki görüş zamanı yeni kursla әlaqәdar mәni bir qәdәr
           sakitlәşdirib inandırdılar ki, әvvәla,  Türkiyәnin vәziyyәti
           hәqiqәtәn dә ağırdır. İkincisi, belә qeyri-müәyyәnlik şәraitindә
           buradan heç yerә getmәk olmaz. Hәm dә bu әrәfәdә artıq
           Avropa yolçuluğu qeyri-mümkün işә çevrilmişdi. Noyabrın
           1-dә tәbliğat üçün İsveçrәyә yola düşәn Әli bәy Hüseynzadә,
                                331
                                                        332
           Fuad bәy Köprülüzadә , Әbdürrәşid İbrahimov , Ataulla
           Bәhaitdinov 333  vә b. geri qayıtdılar.
               Barışıq şәrtlәri elan olunana qәdәrki müddәt әrzindә
           (16 oktyabr – 3 noyabr) burada bütün nazirliklәrdә vә mәtbu at da
   214   215   216   217   218   219   220   221   222   223   224