Page 216 - design_Topcubashov_Full_Layout 1
P. 216
Əlimərdan bəy Topçubaşov
Hәmin günlәrdә Türkiyәnin taleyi üçün cavabdeh olan
yuxarıda adını çәkdiyim şәxslәrlә söhbәtlәrin ümumi
ahәngindәn dövlәtin vәziyyәtinin zәifliyinә vә beynәlxalq
münasibәtlәrdәki mövqeyinin qeyri-müәyyәnliyinә (hәr halda
bu qeyri-müәyyәnlik özü dә Türkiyәnin xeyrinә deyildi)
vurulan eyhamları anlamamaq qeyri-mümkün idi.
Mәnim, adәtәn, daha geniş mәlumata malik ermәni
327
325
nümayәndәlәrini (Aqaronyan , Papacanyan 326 vә Xatisyan )
328
ziyarәtlәrim vә gürcü nümayәndәsi (Qvazava ) ilә söhbәtim
yuxarıda adlarını çәkdiyim Türkiyә nazirlәri ilә danışıqlardan
gәldiyim nәticәlәri bir daha tәsdiq etdi.
Oktyabrın 3-dәn etibarәn artıq hökumәt kabinetinin
qismәn dәyişdirilmәsi, sonra isә müharibә başlanandan bәri
dövlәt gәmisinin sükanını öz әlindә saxlayan Tәlәt paşanın
nazirliklәrinin süqutu haqqında söz-söhbәtlәr yayıldı. Bütün
bunlarla eyni vaxtda qәzet mәqalәlәrindә almanların ümumi
işә xәyanәt etmәlәri, bolqarlar kimi onların da guya cәbhәdәn
216 çәkilmәlәri, daha vuruşmaq istәmәdiklәri haqqında söz
açırlar.
Hökumәt kabinetinin mövqeyi daha güclü şәkildә laxladı.
Nәticәdә yalnız tәnqidi münasibәt şiddәtlәnmәdi. Artıq açıq
hücumlar başlandı vә ilk mәrhәlәdә Tәlәt-Әnvәr hökumәti
hәlәlik dolayısıyla Türkiyәnin müharibәyә cәlb olunmasının
әsas günahkarı sayılmağa başladı. İndi artıq dövlәtin möv -
cudluğunu tәhdid edәn böyük bir tәhlükәnin şüurlarda özünә
yer elәmәsinә heç bir şübhә qala bilmәzdi. Sonra mәlum
oldu ki, mәhz haqqında bәhs etdiyimiz günlәrdә (4–10 oktyabr)
Antanta ilә danışıqlara tәşәbbüs göstәrilmiş, lakin bu cәhd
sonuncular tәrәfindәn rәdd edilmişdi.
Oktyabrın 10-da Türkiyә Parlamentinin tәntәnәli açılışı
vә Parlament üzvlәrinin qarşısında әlahәzrәt yeni sultanın 329
and içmәsi artıq mövcud kabinetin qu quşu nәğmәsi sayıla
bilәrdi. Oktyabrın 11-dә Tevfik paşa saraya çağırılmış vә
yeni hökumәtin tәşkili ona tapşırılmışdı.