Page 211 - design_Topcubashov_Full_Layout 1
P. 211

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Sizdәki vәziyyәtdәn xәbәrsiz nә etmәk olar? Bizim hökumәt
           mövcuddurmu, yeni gәlәnlәr     323  qovmayıblar ki? Bu
           sonuncularla münasibәtlәr necәdir? Әgәr hәlәlik Bakıda
           deyillәrsә, Rәşt-Әnzәlidә onlarla danışıq aparılırmı? Ermәnistan
           vә Gürcüstanla, bolşeviklәrlә münasibәt necәdir? Bir anlıq
           tәsәvvürünüzә gәtirmәyә çalışın: mәn burada Azәrbaycanın
           müstәqilliyinin tanınması üçün çalışıram, siz isә orada
           ingilislәrlә tamamilә fәrqli kombinasiyalara girmisiniz...
           Artıq memorandum hazırlamışam, tezliklә Müttәfiq dövlәtlәr
           missiyalarının nümayәndәlәrinә tәqdim edәcәyәm. Deyilәnә
           görә, çox güman, yaxın bir ay әrzindә, yaxud az sonra
           diplomatik missiyalar gәlәcәk. Ona görә mәn ilk gәmi ilә
           geri qayıtmaq, orada Sizinlә mәslәhәtlәşib, sonrakı
           addımlarımızı müzakirә etmәk istәyirәm. Sülh müqavilәsinin
           imzalanmasına çox qalıb. Üstәlik dә, indiyә qәdәr hәlә
           Antanta qüvvәlәri vә lazımi tәqdirdә digәr dövlәtlәrlә danışıq
           üçün yeni mandat almamışam. Hәmin mandatın xüsusi
           kuryerlә göndәrilәcәyini gözlәyirdim vә gözlәmәkdәyәm.      211
           Amma әbәs yerә... Әlindә belә mandat olmadığı tәqdirdә
           isә qorxa-qorxa, ehtiyatla hәrәkәt etmәyә mәcbursan.
               Bizim dәyәrimiz indi o qәdәr dә yüksәk deyil. Bәzi
           dairәlәr (mәtbuatın bir hissәsi vә “Tәcәddüd” 324  adlı yeni
           partiya) Әnvәrә vә başqalarına görә bizi günahlandırmağa
           hazırdırlar. Bu gün qәzetlәrdә Әnvәr paşanın keçmiş sәdrәzәm
           İzzәt paşaya mәktubu çap olunub. Bildirir ki, yeni yaranmış
           şәraitdә (barışıq imzalanandan sonra) o, artıq vәtәninә fayda
           gәtirә bilmәz. Odur ki, yeni müstәqil müsәlman dövlәtinin
           yaranacağına ümid etdiyi Qafqaza gedir... Mәktubla bağlı
           qәzetlәrdәn biri (әrәb dilindә çıxır) “Zavallı Qafqaz
           müsәlmanları!” – deyә heyrәtini ifadә edib! Әnvәr hәqiqәtәnmi
           Qafqaza gedib? Bu, heç kәsә mәlum deyil. Amma hamı belә
           fikirdәdir ki, Әnvәr paşanın gәlişi ancaq işә zәrәr vura bilәr.
           Çünki ingilislәr Batumu tutandan sonra Zaqafqaziya dәmir
           yolu ilә ora qoşun vә silah-sursat göndәrә bilәrlәr. Bәs onda
           necә olacaq? Bir sözlә, qarşıda hәlә başımızın çәkәcәyi o
   206   207   208   209   210   211   212   213   214   215   216