Page 207 - design_Topcubashov_Full_Layout 1
P. 207
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
istәrsә dә söhbәt yazılarının surәtlәrini yalnız hökumәt
üzvlәrinә oxuyun vә qoruyub saxlayın.
Hamıya atәşin salam. Özümünkülәrdәn dә bir xәbәr
yoxdur. Narahat oluram. Әlinizi sıxıram.
Sizin Ә.Topçubaşov
P.S. Mövcud şәrait vәziyyәti günbәgün deyil, saatbasaat
dәyişmәyә mәcbur edir. Mәktubu yazıb başa çatdırmamış elә
bir xәbәr aldım ki, bundan sonra da İstanbulda qalmaqla
1
hәyatımı tәhlükәyә atmış olacağım bilindi . İndicә Xәlil bәy
xәbәr gәtirdi. Lazımi tәdbirlәr görürәm. Bu barәdә yaza
bilmәrәm. Xәlil bәy Sizә danışacaq. Әlbәttә, hәr şey tәk
mәnimlә bağlı olsaydı, vәziyyәtlә barışmaq olardı. Lakin
ümidlәrimi itirmirәm. Mәsәlә daha mürәkkәbdir. Şәraitә uyğun
hәrәkәt edәcәyәm. Ah, indi orada, Sizin yanınızda nәlәr baş
verdiyini bilmәyi necә dә istәrdim! Rәştdә, Әnzәlidә, bәlkә,
artıq elә Bakıda ingilis tәmsilçilәri ilә danışıqlara tәlәsmәk
lazımdır. Günbәgün gözlәnilәn xüsusi missiya gәlәn kimi 207
özüm dә eyni işi görәcәyәm. Görәk açılan sabah bizә nә vәd
edir...
Belәliklә, ilk iş kimi xüsusi kuryerlә mәnә Azәrbaycanla
bağlı meydana çıxan mәsәlәlәr barәdә ad çәkmәdәn (belә
daha yaxşıdır) bütün dövlәtlәrlә danışıq aparmaq sәlahiyyәti
verәn mandat göndәrin.
Азербайджанская Республика. Внешняя политика.
Документы и материалы. 1918–1920 гг.
Баку, 1998, с. 32–38.
1 Söhbәt, çox güman ki, ermәnilәrin hәyata keçirә bilәcәklәri terror
aktından gedir. (Tәrc.)