Page 208 - design_Topcubashov_Full_Layout 1
P. 208
Ә.TOPÇUBAŞOVUN
FӘTӘLİ XAN XOYSKİYӘ
MӘKTUBU
14 noyabr 1918-ci il
Konstantinopol
Çox hörmәtli Fәtәli xan!
Sabah kayutsuz kiçik bir gәmi buradan yola düşür vә
hәmin gәmi ilә bir neçә gәnc azәrbaycanlı geri qayıdır.
Mәktubu onlardan biri ilә göndәrirәm. Adı Nadir Absәlimovdur.
Mәrhum atasını yaxşı tanıyırdım, özünә dә burada kömәyim
dәyib. Onu diqqәtinizә tәqdim etmәk istәrdim. Şәrt kәsmişik
ki, hәm bu, hәm dә ailәmә ünvanlanan mәktubu sәliqәli
şәkildә, salamat çatdırsın.
Әvvәlcә giley-güzardan başlayacağam, çünki indiyә
208 qәdәr Sizdәn heç bir xәbәr yoxdur. Yenә dә tәkrar edirәm:
son mәktubunuzu sentyabrın әvvәllәrindә Tiflisdә almışam.
Üstündәn iki ay keçsә dә, vәtәndә nә vaş verdiyindәn xәbәr
tuta bilmirәm. Bu müddәt әrzindә Sizә çoxsaylı tәklif vә
xahişlәrlә bir neçә mәktub göndәrmişәm. Heç birinә cavab
verilmәyib, xahişlәrimin heç biri yerinә yetirilmәyib. Belә
olan halda gördüyüm iş hansı әsasla tәmsilçilik adlana bilәr?
Rәsulzadә, çox güman, uzun mәktubumu çatdırıb. Amma
yenә cavab yoxdur. Xәlil bәy, yәqin, ondan da uzun mәktubumu
diqqәtinizә tәqdim edib. O, buradan noyabrın 1-dә çıxmışdı.
Yenә cavab almamışam. Heç olmazsa, bir neçә sәtirlik
depeşa göndәrә bilәrdiniz. Bir sözlә, burada hәr şeydәn
xәbәrsiz vәziyyәtdә oturmuşam.
Bu arada isә hadisәlәr (hәm dә necә hadisәlәr!) günbәgün
deyil, hәtta saatbasaat bir-birini әvәz edir. Hamısı haqda
yazmaq mümkün deyil. Onlar kino lenti kimi fasilәsiz adamın
gözlәri önündәn gәlib-keçirlәr.