Page 204 - design_Topcubashov_Full_Layout 1
P. 204
Əlimərdan bəy Topçubaşov
axtarmağa başlamışam. Münasib bina vә zәruri tәchizatdan
(masa, işıqlandırma, isitmә, xidmәtçi) başqa dәftәrxananın
olması da zәruridir. Yәni fransız vә türk tәrcümәçisi, katib,
kuryer vә s. Bundan başqa, Konstantinopolun siyasi mәrkәz
kimi dirçәlmәsini nәzәrә alıb, burada “Azәrbaycan mәtbuat
bürosu” yaratmağı qәrara almışam. Yәqin ki, ad vә bu adda
ifadә olunan mәna indilikdә xüsusi izahat tәlәb etmir. Artıq
bәzi adamlarla büro barәsindә danışıq aparıram. Müәyyәn
görkәmli şәxslәrdәn әmәkdaşlıq vәdi almışam. Sonra qoşulmaq
istәyәnlәrin sayı daha da çoxalacaq. Lakin mәlum mәsәlәdir
ki, bu iş üçün vәsait lazımdır. Hәlәlik nә mәtbuat bürosu, nә
dә nümayәndәliyin saxlanma xәrclәri mәsәlәsinә toxunuram.
Çünki mәsәlә özümә dә sona qәdәr aydın deyil.
Mәncә, gәlәcәk sülh konqresi üçün bütün zәruri materialları
dediyim büroda cәmlәmәk olar. Bu, növbәti vәzifәmizdir.
Konqresdә iştirak edәcәk nümayәndәlәri indidәn müәy yәn -
lәşdirib seçmәk lazımdır ki, hazırlıq işlәrinә başlaya bilsinlәr.
204
Hazırlıq son dәrәcә vacib mәsәlәdir. Elә etmәk lazımdır ki,
ortalığa neytral ölkәlәrә göndәrmәk üçün tәşkil olunan
tәsadüfi nümayәndә heyәti kimi bir heyәt çıxmasın. Hәmin
nümayәndәlik barәdә Xәlil bәy Sizә әtraflı mәlumat verәcәk.
Hәlәlik dediyim heyәt iki nәfәrdәn – Әli bәy Hüseynzadә vә
Sәlim bәy Behbudovdan ibarәtdir. Әslinә baxanda, onları
hәrbi nazirliyin Şәrq şöbәsi göndәrir. Dağlıların vә
türküstanlıların tәmsilçilәri kimi, mәsrәflәrini dә oradan
alıblar. Әli bәy Hüseynzadә sabah İsveçrәyә yola düşür.
Sәlim bәy Behbudov isә xәstәlәndiyinә görә sәfәrini tәxirә
salmalı olub. Sәfәrdә mәqsәd, sözün geniş mәnasında,
tәbliğatdır. Tapa bildiyim materiallarla tәchiz etmişәm. Amma
bu heyәtin hansısa xüsusi nәticәlәrә nail olacağına ümid
bәslәmirәm. Belәliklә, sülh konqresinә hazırlıq növbәti
vәzifәmizdir. (Burada bir cümlә yarımçıq qaldığından mәna
aydın deyil – Tәrc.)