Page 201 - design_Topcubashov_Full_Layout 1
P. 201
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
açıq nәzәrlәrlә baxmaq istәrdim. Burada gördüklәrim, aşkara
çıxardıqlarım barәdә dәqiq tәsәvvür әldә etmәk vә Sizә dә
düzgün mәlumat vermәk istәrdim. Hәlәlik idarәetmә sistemi,
dövlәt müәssisәlәrinin iş mexanizmi, vә onların doğma xalqa
münasibәtdә artıq әnәnәyә çevrilәn xidmәt üsulları barәdә
danışmaqdan özümü saxlayıram. Bu mәsәlәyә toxunmuram,
çünki qarşıma necә Avgi tövlәlәrinin 322 çıxacağını özüm dә
әvvәldәn görürәm.
Lakin burada çox qaldıqca 600 ildәn bәri belә bir ağırlığa
– 600 illik tarixә malik türk dövlәtçiliyinin yükünә dözәn
türk xalqına hәqiqi hörmәt vә mәhәbbәt hisslәrimin get-gedә
artdığını hiss edirәm. Cәrәyan edәn hadisәlәr türk xalqının
600 illik әzab vә iztirab tarixidir. Bu xalqda nә qәdәr yaşarılıq,
nә qәdәr hәyat eşqi var! Fenomenal hadisәdir! Gözümüz
önündәkilәr bizә dә heç vaxt ruhdan düşmәmәk, ah-uf
etmәmәk, belә bir xalqın kiçik qardaşı adlanmağa layiq
olmaq üçün güc, qüvvә vermәlidir vә düşünürәm ki, verir.
Ona görә dә hesab edirәm ki, taleyin hazırladığı zәrbәlәrә 201
vә şıltaqlıqlara davam gәtirә bilmәkdәn ötrü indi hamımız
daha çox işlәmәliyik. Qarşıda bizi nәlәrin gözlәdiyi ilә bağlı
falçılıq elәmәyәk. Hәr halda indiyә qәdәr başımıza gәlәnlәrdәn
daha pis olmayacaq. Sadәcә, çalışmaq lazımdır ki, qüvvәlәr
dәqiq vә bәrabәr şәkildә bölünsün, hәr kәs gücünә,
qabiliyyәtinә, işgüzarlıq vә biliyinә görә mümkün qәdәr öz
yerindә olsun. Söhbәt xalqın nicatından gedirsә, şәxsi
xarakterli mülahizәlәrә yer yoxdur vә heç bir halda olmamalıdır.
M.Ә.Rәsulzadә ilә göndәrdiyim mәktubda mәsәlәyә
toxunmuşdum vә bundan sonra da İstanbulda qalmağımın
mәqsәdәuyğunluğu ilә bağlı düşünmәyi tәklif etmişdim.
Әgәr burada qalıramsa, hәr şeyi elә tәnzimlәmәk vacibdir
ki, işlәr mәnim tәsәvvür etdiyim kimi görülsün. İndi
mövqeyimi aydınlaşdıraram. Hadisәlәrin gedişi göstәrir ki,
Konstantinopol tezliklә beynәlxalq siyasәtdә әsl yerini
tutacaq. Tezliklә bütün dövlәtlәrin (İngiltәrә, Fransa vә b.)