Page 196 - design_Topcubashov_Full_Layout 1
P. 196
Əlimərdan bəy Topçubaşov
mәsәlәdir ki, әks cәbhәdә yer alan ölkәlәrin xalqları arasında
da anlaşılacaq әsәbilik yaratdı. Deyilәnә görә, almanların
Qәrb cәbhәsindә başlayacaqları yeni qanlı toqquşmalar haqda
söhbәt dolaşmaqdadır. Onlar artıq 6-cı gündür ki, fransız-
ingilis-amerikan qoşunlarının indiyә qәdәrki müzәffәr
yürüşünün qarşısını saxlaya biliblәr. Başqa bir maraqlı fakt
isә Almaniya vә Avstriyanın son vaxtadәk sәrhәdlәrindәn
kәnardakı qoşunlarını çәkib gәtirmәlәridir. Yeri gәlmişkәn,
bu son müddәt әrzindә Konstantinopolda “mәskәn salmış”
50–80 min nәfәrlik alman hәrbi qüvvәlәri dә geri qaytarılır.
Qarşıda, hәqiqәtәn dә, toqquşmalar olacaq, yoxsa amerikan-
ingilis siyasәti buna imkan vermәyәcәk – hәlәlik qәti söz
demәk çәtindir. Amma tәbii ki, yaranmış vәziyyәt Türkiyәyә
dә öz tәsirini göstәrir. İndi onun siyasәti hәr zamankından
daha anlaşılmazdır. Hәm dә mәxfilik şәraitindә hansısa işlәr
aparıldığına görә deyil! Hamının vә hәr şeyin öz açarını
tamam itirmәsi sәbәbindәn! Deyәsәn, heç yerdә sülh tәklifinә
196 buradakı qәdәr sevinmәyiblәr. Tәkcә onu demәk kifayәtdir
ki, nәyin bahasına olursa-olsun, sülhә qovuşmaq istәyi
nәticәsindә kütlәlәrin sevimlisi olan, bir ay әvvәlә qәdәr
qarşısında bütün ölkәnin diz çökdüyü Tәlәt-Әnvәr hökumәti
dә qurban verildi. Lakin necә sülh tәklif olunur – bu, hәlә
qeyri-müәyyәndir. Bir tәrәfdәn hamının başını itirmәsi vә
instinktiv özünüqoruma hissi, digәr tәrәfdәn isә daha
xoşagәlmәz sürprizlәrin gözlәnilmәsi elә vәziyyәt yaradıb
ki, yalnız yeni rәhbәrlәr deyil, mәtbuat, parlament vә ictimai
fikir dә artıq başqa bir ifrat addım atmağa – ingilislәrin
ağuşunda yer tapmağa hazırdır. İndi mәlum olur ki, “türklәr
almanları heç vaxt sevmәyiblәr, frankofil, ingilispәrәst olublar
vә bu gün dә belәdirlәr”. İş o yerә çatıb ki, oktyabrın 25-dә
İstanbul sәmasında paytaxtı (әsasәn, şәhәrin müsәlman
hissәsini) bombalamaq üçün ingilis aeroplanları peyda olanda
vә tәyyarәçi zabit Fazil bәy 317 iki yerdәn ağır yara alanda
türk aeroplanları onların qarşısına çıxıb düşmәnlә döyüşә