Page 193 - design_Topcubashov_Full_Layout 1
P. 193
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
professoru Zeyti bәy 306 dә dәvәt olunub. Әnvәr paşanın
hәrbi nazirlik yanında yaratdığı Şәrq şöbәsi tәbliğat işlәri
üçün hәyata keçirilәn bu sәfәrә böyük әhәmiyyәt verir. Hәtta
adı çәkilәn şәxslәrә dövlәt xәzinәsindәn lazımi mәsrәflәr
üçün pul da ayrılıb. Lakin hәmin pullar mәndә olan 25 min
lirәdәn türk tәrәfinә qaytarılacaq.
Nәzәrdә tutulan sәfәrlә bağlı Sizә әtraflı yazaram. Amma
mәnә elә gәlir ki, qüvvәlәri sәciyyә vә xarakterinә görә
daha çox fayda gәtirә bilәcәk yerә sәrf etmәk mәqsәdә -
uyğundur. Bu baxımdan tәbliğat işi üçün, ümumiyyәtlә,
xarici tәmsilçiliklәrimiz üçün (hәm dә sәyyar deyil, daimi)
yeni adamlar tapmaq lazımdır. Mәn burada, Berlin vә
Vyanada üzәrimә düşәn vәzifәlәri yerinә yetirәcәyәm. Lakin
indi qarşımızda sülh konqresinә hazırlıqla bağlı mühüm
işlәr dayanır. Ora göndәrmәk üçün adamlar, eyni zamanda
çoxlu, hәm dә әhatәli materiallar lazımdır. İndi әlimin altında
heç nә yoxdur. Әgәr bolşeviklәr kitabxanamı, sandıq dolusu
materiallarımı mәhv etmәsәydilәr, onların içindә işimizә 193
yarayan çox şey tapmaq olardı. Lazımi sәnәd vә materialları
әldә etmәk üçün, az vaxta da olsa, Bakıya qayıtmağıma
ehtiyac var. Әlbәttә, buradakı işlәrin imkan verdiyi tәqdirdә!
Tәәssüf ki, vaxt yoxdur, yoxsa bәzi mülahizәlәrimi sizinlә
bölüşәrdim.
Ermәni nümayәndә heyәti sәdrinin 307 mәktubunun surәtini
göndәrirәm. Hәlәlik ona rәsmi cavab vermәmişәm, bildirmişәm
ki, ümumiyyәtlә, qoşunların dislokasiyası vә bunun hansı
mәqsәdlә edilmәsi ilә bağlı hökumәtimizin mövqeyindәn
xәbәrsizәm. Amma qoşun göndәrilibsә, Azәrbaycan
hökumәtinin buna haqqı var. Çünki Qarabağ... (bir söz
oxunmur – Tәrc.) keçmiş Yelizavetpol quberniyasının Şuşa,
Cavad, Cәbrayıl, Zәngilan qәzaları Azәrbaycanın tәrkibinә
daxildirlәr. İndi onlara xәbәr verәcәyәm ki, mәktubları Sizә
göndәrilib vә cavab gözlәyirәm. Camalyanın 308 teleqramının
mәzmunu haqda mәnә mәlumat verin.