Page 189 - design_Topcubashov_Full_Layout 1
P. 189

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           vә xatırlatdığım Әfәndiyevә xәbәr göndәrmәk lazımdır. O,
           hәr şeyi hәll edәr. Mәlumat üçün bildirirәm ki, mәni hәr
           yerdә yüksәk sәviyyәdә qәbul ediblәr vә edirlәr. Bu, eyni
           dәrәcәdә Әsәd paşaya, onun sәrәncamındakı türk idarәçilәrә
           vә yerli әhaliyә aiddir. Onu da deyim ki, bir neçә gün öncә
           iki paşa ilә yaxından tanış oldum. Biri Şimali Qafqazda
                                                    298
           orduya komandanlıq etmiş Yusif İzzәt paşa , digәri Ömәr
                        299
           Cәmil paşadır . Ömәr Cәmil tәcrübәli hәrbi tәlimatçı kimi
           Gәncәyә gәlir. Çox savadlı, işlәrini bilәn adamlardır. İki
           hәftәdir burada oturub Azәrbaycana getmәk üçün nәqliyyat
           (orijinalda “gәmi” yazılıb, amma fikrimcә, bu, yanlışdır,
           çünki Batumidәn Gәncәyә yalnız quru yolla getmәk
           mümkündür –  Tәrc.) gözlәyirlәr. Mәmur taleyi belәdir –
           gözlәmәk, sonu görünmәdәn gözlәmәk... Hamıya salamlarımı
           çatdırın. Salamat qalın. Sizinkilәrә tәzim edirәm. Lütfәn,
           әlavә etdiyim zәrfin ailәmә çatdırılmasına göstәriş verin.

                                                                       189
                                              Sizә dәrin hörmәtlә,
                                                    Ә.Topçubaşov


                    P.S. İmkan olanda rus vә türk (Azәrbaycan –  Tәrc.)
                 dillәrindә bütün tәzә qәzetlәrin İstanbula gәtirilmәsini, yaxud
                 göndәrilmәsini tapşırın.

                 Азербайджанская Республика. Внешняя политика.
                           Документы и материалы. 1918–1920 гг.
                                              Баку, 1998, с. 26–28.
   184   185   186   187   188   189   190   191   192   193   194