Page 191 - design_Topcubashov_Full_Layout 1
P. 191

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           toxunmadan deyә bilәrәm ki, bu adamların az qala hamısı
           özlәrinә Azәrbaycanın bütün sәlahiyyәtlәrә malik nümayәn -
           dәlәri kimi baxır vә müvafiq şәkildә siyasi tәmsilçilik dә
           daxil, bütün rollarda çıxış etmәyә çalışırdılar. Bu isә bir
           tәrәfdәn yerli hakimiyyәti çәtin vәziyyәtdә qoyurdu, digәr
           tәrәfdәn (vә әn pisi!) isә  Azәrbaycan nümayәndәliyinin
           qarma-qarışıq, başı-ayağı bilinmәyәn tәrzdә tәqdiminә imkan
           yaradırdı. Bir çox şәxslәrin eyni vaxtda söz sahibliyinә iddia
           etmәsi, söylәnilәn fikirlәrin, aşılanan mövqelәrin çoxunun
           bir-biri ilә üst-üstә düşmәmәsi nәticәsindә nümayәndә
           heyәtimiz kaleydoskopik, sistemsiz, nә istәdiyini özü dә
           bilmәyәn, tamamilә qeyri-müәyyәn bir yığnağa çevrilmişdi.
           Vahid mәrkәzin vә rәhbәrin olmaması konkret fәaliyyәtdә
           qarma-qarışıqlığa gәtirib çıxarırdı. Belә vәziyyәt isә tәbii
           ki, nümayәndә heyәtinin müәyyәn nüfuz qazanmasına vә
           onu qoruyub saxlamasına әsla kömәk etmirdi. Tәkcә onu
           demәk kifayәtdir ki, mәnim sәhnәdә görünmәyim istәr-
           istәmәz yerli hakimiyyәt sahiblәrini vә ictimai xadimlәri   191
           çәtin durumda qoymuşdu. Onların sifәtindәn açıq-aşkar
           oxunurdu: “Daha bir Azәrbaycan nümayәndәsi... Nә qәdәr
           olar?” Doğrudan da, bizim nә qәdәr nümayәndәmiz var? Vә
           tәbii ki, fövqәladә sәlahiyyәtlәrlә bu ölkәyә göndәrilmiş
           şәxs kimi, mәndәn tәmsilçiliyimizi hәr kәsin nәzәrindә
           normal görünәn mәcraya qaytarmaq üçün çox iş görmәk
           tәlәb olunur vә tәlәb olunacaq. Bacaracağammı? Deyә
           bilmәrәm. Ona görә belә cavab verirәm ki, İstanbula gәlişim
           işin tәrsliyindәn ümumәn siyasi hәyatda vә xüsusәn dә
           Türkiyә siyasәtindә ciddi dönüşlә eyni vaxta tәsadüf etdi.
           Sizә açıq demәliyәm ki, indi artıq tam başqa situasiya,
           önümüzdәki isә tam fәrqli Türkiyәdir. Düzünü desәm, elә
           әvvәlki Türkiyәdir, amma qorxunc tәhlükә qarşısında başını
           itirib nә edәcәyini bilmir. Gәlәndәn 3–4 gün sonra indi artıq
           keçmiş sayılan nazirlәrlә – sәdrәzәm Tәlәt paşa, xarici işlәr
           naziri Әhmәd Nәsimi bәy, hәrbi nazir Әnvәr paşa, Xәlil
   186   187   188   189   190   191   192   193   194   195   196