Page 195 - design_Topcubashov_Full_Layout 1
P. 195
Ә.TOPÇUBAŞOVUN
FӘTӘLİ XAN XOYSKİYӘ
MӘKTUBU
31 oktyabr 1918-ci il
Konstantinopol, Pera Palas hoteli
Çox hörmәtli Fәtәli xan!
Xәlil bәy Xasmәmmәdovla Әsәd bәy Rüstәmbәyovun
getdiklәri gәminin sabah yola düşәcәyi qәti mәlum oldu.
Bura üçün adi mәnzәrәdir: reys haqda bir neçә gün әvvәldәn
deyil, yalnız gәminin sәfәrә çıxması әrәfәsindә mәlumat
verirlәr. Bu isә tәbii ki, lazımi şәkildә hazırlaşmağa imkan
yaratmır. Amma indi qeyd etdiyim çatışmazlıq bizim Xәlil
bәyin vәtәnә dönüşü ilә aradan qalxır. Ondan şәxsәn xәbәr
vermәyә macal tapmadığım, yazılı göndәrmәyi mәqbul
saymadığım bütün tәfәrrüatlar haqda şifahi mәlumatları ilә 195
mәktubumu tamamlamağı xahiş etmişәm.
Әlbәttә, ilk növbәdә ümumi siyasi vәziyyәtdәn başlamaq
lazımdır. İndi yaranmış şәraitdәn doğru-düzgün baş çıxarmaq
çox çәtindir. Yәqin ki, ümumi sәciyyәli faktlar teleqraf
vasitәsi ilә Sizә dә çatır. Göndәrdiyim bir qәzet komplekti
әsasında Vilsonun tәkliflәrindәn 314 sonra siyasi hәyat
hadisәlәrinin son günlәrdәki gedişini bu vә ya digәr şәkildә
tәsәvvürә gәtirmәk mümkündür. Әvvәlcә ümumi xarakterli
vә humanist mahiyyәtli tәsәvvür bağışlayan hәmin tәkliflәr
sonradan, әsasәn, Almaniya vә Avstriyaya (amma Macarıstana
yox), başqa sözlә desәk, yalnız almanlara qarşı çevrilәn
özünәmәxsus hücum vә qisas sәciyyәsi almağa başladı. Tәk
imperator Vilhelmin 315 deyil, sülalәnin devrilmәsi, bütün
sualtı gәmilәrin vә ümumәn alman donanmasının, Krupp 316
zavodlarının mәhv edilmәsi vә s. – hamısı birlikdә Müttәfiq
dövlәtlәrin hökumәtlәrinә rәğbәti azaltmaqla yanaşı, aydın