Page 197 - design_Topcubashov_Full_Layout 1
P. 197

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           başlamışdı. Hadisәdәn dәrhal sonra türk qәzetlәrindәn biri
           canıyananlıqla yazmışdı: “Dostlarımıza – ingilislәrә atәş
           açmağa kim cürәt edib?” Onların necә dost olduqlarını
           gәlәcәk göstәrәcәk. (Keçmiş ingilis parlamentindә türklәri
           Avropadan qovmağın zәruriliyi fikrini tәkidlә ortaya atan,
           “onlar mәdәni ermәni xalqına vәhşi münasibәtlәri ilә özlәrini
           biabır ediblәr” deyәn ser Qladstonun 318  millәti isә hәr hansı
           dostluqla bağlı ortaya heç bir örnәk qoymur!). Lakin indi
           Smirna (İzmir) yaxınlığındakı kiçik Saqqız adasında türklәrlә
           danışıq masası arxasında hәvәslә otururlar. Artıq dәnizçilik
           naziri Rauf bәyin 319  (Trabzonda olmuşdu) rәhbәrliyi altında
           türk nümayәndә heyәti ora yola düşüb. İngilislәr tәrәfdәn
                                            320
           әsas söz sahibi general Taunsenddir . Bu, iki il әvvәl Kut-
           әl-Amarada türklәrә әsir düşәn hәmin o general Taunsendin
           özüdür. Hәr gün hansısa nәticә gözlәyirlәr. Amma әbәs yerә!
           Artıq dünәnki qәzetlәr dә danışıqların uzanma ehtimalına
           işarә vurur. Türkiyәyә ünvanlanan dәhşәtli tәkliflәrlә bağlı
                                                                       197
           şayiәlәrin hәtta kiçik bir qismi dә doğrudursa, o zaman
           mәsәlәni başa düşmәk çәtin deyil. Nәlәr danışmırlar –
           Konstantinopolun düşmәnә verilmәsi (hәtta satılması),
           boğazların qeyd-şәrtsiz açılması,  Türkiyә Ermәnistanı,
           Әrәbistan, Suriya, Mesopotomiya vә Frakiyanın tam
           muxtariyyәti,  Türkiyәyә qalan bütün adalardan hәmişәlik
           imtina olunması... Daha nә qaldı ki? Bәdbәxt, ac-yalavac,
           xarabazara çevrilmiş Anadolu. Vilsonun şәrtlәrindәn biri –
           qoşunların bütün yeni tutulmuş әyalәtlәrdәn dәrhal
           çıxarılmasıdır. Artıq Әsәd paşa qәrargahı ilә birlikdә Batumdan
           qayıdıb. Xәlil paşa da buradadır. Nuru paşanın da qayıdacağı
           haqda söhbәtlәr gәzir. Hәlә bunlar da hamısı deyil. Danışırlar
           ki, İngiltәrәnin tәlәblәrindәn biri Bakı vә Zaqafqaziya dәmir
           yolunun almanlarla türklәrdәn alınmasıdır. Deyirlәr ki... Yeri
           gәlmişkәn, bugünkü sәhәr qәzetlәri deyilәnlәrin çoxunu
           tәsdiq edir. Onları bir az әvvәl (sәhәr saat 9-da) almışıq.
   192   193   194   195   196   197   198   199   200   201   202