Page 199 - design_Topcubashov_Full_Layout 1
P. 199

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Mәtbuat da bu mәsәlәdә ondan geri qalmır. Amma 10–12
           yaxşı çıxan qәzet ümumi ictimai-siyasi vәziyyәti әks etdirir.
           Avropadan vә Amerikadan mәlumat azdır. Bu isә nәqliyyatın
           işlәmәmәsi, teleqraf әlaqәlәrinin kәsilmәsi ilә bağlıdır. Eyni
           zamanda әdalәtli olmağı da bacarmaq lazımdır. Ara-sıra son
           dәrәcә müasir ruh vә üslubda qәlәmә alınmış yazılara da
           rast gәlinir. Onların bәzi yerlәri olduqca güclü vә tәsirlidir.
           Amma heyhat... Belә yazılar ümumdövlәt xarakterli işlәrә
           hәsr edilmir, “Panama şәkәr plantasiyası qәhrәmanları”ndan
           ibarәt ayrı-ayrı şәxslәrә basqılardan, ya da şәxsi söyüşmәlәrdәn
           ibarәt olur. İndi son hökumәt kabinetinә, xüsusәn Әnvәr
           paşaya hücumlar daha da çoxalıb. Onu bütün işlәrin “mayeyi-
           fәsadı” sayırlar. Hәtta ailә hәyatını da diqqәtdәn qaçırmırlar:
           Nә üçün sultan qızına evlәnmişdi? Özünә saray almaq üçün
           pulu haradan tapmışdı? Niyә Azәrbaycanı gәtirib Türkiyәyә
           bağlamışdı? Lakin ayrı-ayrı epizodlara baxmayaraq, milli
           mәtbuatın qәtiyyәtli sәsi eşidilmir, cәsur addımları nәzәrә  199
           çarpmır, o, hәqiqәtin gözünün içinә dik baxmağı vә sözü ilә
           insanların qәlblәrini alovlandırmağı bacaran qәhrәman
           görkәmindә cәmiyyәtә ayaq basa bilmir.
               Ona görә dә burada ictimai fikir hәtta mövcud olsa da,
           hәrәkәtsiz vә dumanlı şәkildәdir. Bu dağınıqlıq, qәtiyyәtsizlik
           içәrisindә aparıcı әhval-ruhiyyәni sezmәk çәtindir. Nәinki
           çәtin, deyәrdim ki, qeyri-mümkündür. Çünki ölkә әhalisi
           nәhayәtsizliyә varacaq dәrәcәdә rәngarәng vә müxtәlifdir.
           Amma bununla belә, yenә üç әsas qrup müәyyәnlәşdirmәk
           olar:
               1. Öz vәtәnlәrinin marağı üçün yaşayan xaricilәr. Türkiyә
           onlar üçün sağmal inәkdәn başqa bir şey deyil.
               2. Yunanlar vә ermәnilәr. Hәr ikisi, xüsusәn dә yunanlar
           Türkiyәnin barışmaz düşmәnidir. Hamısı Osmanlı ağalığından
           tamam azad olmaq arzusu ilә yaşayır, sәbirsizliklә ingilislәrin,
   194   195   196   197   198   199   200   201   202   203   204