Page 194 - design_Topcubashov_Full_Layout 1
P. 194
Əlimərdan bəy Topçubaşov
Heydәr Bammatovun 309 notası haqda Rәsulzadә danışacaq.
Şәxsәn özüm ona konfrans mәsәlәsinә 310 burada, yerindә
tәrәfimdәn baxılacağını deyәcәyәm.
Mәnә qәdәr qәrar çıxarılmışdı ki, sizә göndәrilәn 250 min
lirәdәn 25 minini pulların çapı üçün saxlayım. Hәmin mәblәği
S.Behbudovla Әsәd bәy Rüstәmbәyov 311 mәnә çatdırdılar.
Üstündәn Rüstәmbәyov 150 lirә, general Usubov 312 200 lirә,
kapitan Kuquşev 313 150 lirә götürdülәr. Alınmış qәbzlәr
surәtlәri ilә birlikdә әlavә olunur. Әgәr hәmin pulların
verilmәsini düzgün saymırsınızsa, o zaman aldıqları mәblәği
hökumәtә qaytarmağa borcludurlar.
Mәnimlә göndәrilәn 50 min rubl vә 3 min lirәni
Rәsulzadәyә çatdırdım. Onlar Türkiyә hökumәtinә olan
borclarını verә bilmirdilәr. Mәndә olan 25 min lirәdәn
ödәyәcәyәm.
Әtraflı maliyyә hesabatı göndәrәcәyәm.
Sәfәrin gözlәnilmәzliyi bütün işlәri sahmana salmağa
194 imkan vermәdi. Bir saatdan sonra gәmi yola düşür. Xahiş
edirәm, Xәlil bәyin gәlişini gözlәyәsiniz vә bütün mәsәlәlәri
onunla müzakirә edәsiniz.
Hamıya, hamıya salam! Salamat qalın.
Sizin Ә.Topçubaşov
Азербайджанская Республика. Внешняя политика.
Документы и материалы. 1918–1920 гг.
Баку, 1998, с. 28–31.