Page 190 - design_Topcubashov_Full_Layout 1
P. 190
Ә.TOPÇUBAŞOVUN
FӘTӘLİ XAN XOYSKİYӘ
MӘKTUBU
22 oktyabr 1918-ci il
İstanbul
Çox hörmәtli Fәtәli xan!
Yalnız dünәn mәlum oldu ki, bizim mürәxxәslәr
(sәlahiyyәtli şәxslәr – Tәrc.) vә missiya üzvlәri üçün gәmi
kirayә olunub. Bu gün saat 3-dә yola düşür. Doğrudur,
onların sәfәri gözlәnilirdi, lakin gәminin nә zaman açıq
dәnizә çıxacağının bilinmәmәsi, ümumәn buradakı bütün
işlәrin vә vәziyyәtin qeyri-müәyyәnliyi gediş vaxtını birdәn-
birә ortaya çıxardı. Bir sıra mәsәlәlәrlә bağlı geniş sәnәd
üzәrindә işlәsәm dә, qısa mәlumatla kifayәtlәnmәli oldum.
190 Dediyim sәnәdi bir hәftәdәn sonra, bizim Xәlil bәy qayıdanda
göndәrmәyә çalışaram. Aydın mәsәlәdir ki, növbәti gәminin
yola düşmәsi ilә bağlı әnәnәvi süründürmәçilik olmasa!
İndiki mәktubla birlikdә sentyabrın 30-da, bura gәlәndәn
iki gün sonra yazdığım kiçik bir kağızı da göndәrirәm.
Mәktub onda yazılmışdı, çünki tezliklә azәrbaycanlılardan
bәzilәrinin vәtәnә qayıdacaqları gözlәnilirdi. O vaxtdan bәri
gәmi olmayıb, mәktub da göndәrmәk istәdiyim digәr sәnәdlәrlә
birlikdә Rәsulzadәnin qovluğunda qalıb. Tәәssüratların
ardıcıllığı üçün açıb tәzәdәn hansısa düzәlişlәr etmәk
niyyәtindә deyilәm. Yadımdadır ki, orada bizim nümayәndә
heyәti ilә bağlı mәsәlәyә toxunmuşdum. Bu barәdә sizә indi
dә әtraflı yazmaq istәyirdim, amma fikrimi dәyişdim: özü
haqda qoy heyәt danışsın. İstәrdim ki, hәrbi vә maliyyә
heyәtlәrimiz dә eyni cür hәrәkәt elәsinlәr. Onların, xüsusәn
dә Xәlil bәyin deyәcәklәrinә әlavә kimi sonra özüm dә
fikirlәrimi Sizinlә bölüşәrәm. Hәlәlik isә işlәrin nәticәlәrinә