Page 188 - design_Topcubashov_Full_Layout 1
P. 188

Əlimərdan bəy Topçubaşov


                  indiki әlaqә vә mәlumat üsullarına yaxşı bәlәdәm. İstәdiyim
                  sәnәdlәri ala bilmәmәyimi dә bununla izah edirәm. Hәmin
                  sәnәd vә mәlumatlar ilk növbәdә mәnә qәbul edәcәyim
                  qәrarları, atacağım addımları hökumәtin, xüsusәn dә Xarici
                  İşlәr Nazirliyinin mövqeyi ilә uyğunlaşdırmaq üçün lazımdır.
                  Ona görә dә yalnız Türkiyә, Almaniya, Avstriya-Macarıstan,
                  Bolqarıstan deyil, Gürcüstan, Ermәnistan vә Şimali Qafqazla
                  bağlı bütün sәrәncam vә tәdbirlәr barәsindә dә dәrhal
                  mәlumat almağım zәruridir. Fikrimcә, xaricdәki bütün
                  missiyalarımızla әlaqә ya mәnim vasitәmlә aparılmalı, ya
                  da әn azı onlar barәdә mәlumatlandırılmalıyam. Allah bizi
                  hәrәkәtlәrimizdәki hansısa razılaşdırılmamış addımlardan
                  qorusun. Azәrbaycan Respublikası ilә bağlı bütün mәsәlәlәrdә
                  geniş sәlahiyyәtlәrimin mövcudluğu şәraitindә isә bu tamamilә
                  mümkündür. Hökumәtin vә hökumәt tәmsilçilәrinin nüfuzunu
                  qorumaq, can atdığımız nәticәlәrә nail olmaq üçün tam
                  hәmrәylik nümayiş etdirmәk vә mütlәq qarşılıqlı әlaqә
         188      saxlamaq olduqca vacibdir. Mәn gedәndә Mәmmәdhәsәn
                  Gәncәdә deyildi. Çox xahiş edәrdim ki, onu hәm mandatımın
                  mәzmunu, hәm dә rәsmi yazışma kimi saxlanması vacib
                  olan indiki mәktubla tanış edәsiniz.
                     Batuma konsul tәyinatı ilә bağlı çoxdan vaxtı çatmış
                  mәsәlәyә bir dә qayıtmağı lazım bilirәm. Әgәr münasib
                  namizәdiniz yoxdursa, konsul sәlahiyyәtlәrinin müvәqqәti
                  doktor Mahmud bәy Әfәndiyevә (Vladiqafqaz küçәsi, 4)
                  tapşırılmasını xahiş edәrdim. Hәlәlik onun vasitәsi ilә bütün
                  yazışmaları almaq, İstanbula vә geri göndәrmәk mümkündür.
                  Baxın, indi konsulla birbaşa bağlılığı olan mәsәlә var. Bu,
                  hazırda  Türkiyә hökumәtinin әlindә olan keçmiş Çakvin
                  malikanәsindәn 297  çay alınması ilә bağlıdır. Axı bizdә çay,
                  demәk olar ki, yoxdur, burada isә funtunu 30–40 rubla
                  almaq mümkündür.  Türklәr mәmnuniyyәtlә buğdaya da
                  dәyişirlәr. Birdәfәyә 5–10 min funt almaq olar. Bunun üçün
                  3-cü türk ordusunun komandanı Әsәd paşa ilә әlaqә qurmaq
   183   184   185   186   187   188   189   190   191   192   193